Prezident: "Xəstəliyin yayılma istiqaməti quru sərhədləridir, ona görə sərhədlərimizi bağlı saxlayırıq"

Prezident: "Bizim quru sərhədlərimiz bağlıdır və bağlı olmalıdır. Nə üçün? İnsanlar xəstələnməsin. Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti quru sərhədləridir. Ona görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik. Nə qədər lazımdırsa, o qədər də sərhədləri bağlı saxlayacağıq - quru sərhədlərindən söhbət gedir".
"Report" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib.
Dövlət başçısı bildirib:
"Bütün bunları pandemiyadan təzə çıxmış ölkə əldə edir. Halbuki, əfsuslar olsun, yeni məlumat var, özü də Ümumdünya Səhiyyə Təşkilatı bu məlumatı yayıb ki, indi bəzi ölkələrdə yenə maska rejiminə keçmək lazımdır. Biz, əlbəttə ki, bu tendensiyaları izləyirik və biz pandemiyanın ən ağır dönəmində də qapanmaya getmişdik, sonra vəziyyət yaxşılaşanda açılırdıq. Yəni, bu, canlı bir prosesdir. Bizim quru sərhədlərimiz bağlıdır və bağlı olmalıdır. Nə üçün? İnsanlar xəstələnməsin. Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti quru sərhədləridir. Ona görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik. Nə qədər lazımdırsa, o qədər də sərhədləri bağlı saxlayacağıq - quru sərhədlərindən söhbət gedir. Bunu edirik ki, insanların sağlamlığını qoruyaq, insanları itirməyək. Bizim məqsədimiz budur. Biz COVID dövründə milyardlarla vəsait ayırmışıq, indi mən bunu təkrarlamaq istəmirəm".

Xəbərlər     Tarix: 15 iyul 2022

Oxşar xəbərlər

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas


iqtisadi xeberler avtomobil xeberleri rubl mezenne dollar mezenne dollar kursu