Prezidentin Bolqarıstana səfəri zamanı açılmış interkonnektorun əhəmiyyəti nədir?

Prezidentin Bolqarıstana səfəri zamanı açılmış interkonnektorun əhəmiyyəti nədir?Prezident İlham Əliyevin Bolqarıstana sonuncu səfəri zamanı açılmış Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) Bolqarıstan, Macarıstan, Slovakiya, Serbiya, Avstriya kimi ölkələrin də Azərbaycan qazını almaq imkanını artıracaq. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, interkonnektor Azərbaycan qazının daha çox ölkəyə ixrac olunması üçün infrastrukturun yaranması deməkdir. Bu boru kəməri digər ölkələrə də Azərbaycan qazını mövcud infrastrukturdan istifadə etməklə, əlavə investisiya qoymadan əldə etmək imkanı yaradır.
T.Mirkişili əlavə edib ki, Avropada Azərbaycan qazına tələbat sürətlə artır. Avropa üçün yeni enerji mənbəyi, etibarlı tərəfdaş sayılan, layihələri qısa müddətdə yerinə yetirə bilən Azərbaycan ötən il ərzində 19 milyard kubmetr qaz ixrac edib. Cari ildə bu həcmin 22,5 milyard kubmetrə çatdırılması gözlənilir ki, onun da 11,5 milyard kubmetri Avropa ölkələrinə ixrac ediləcək: "Bu rəqəm Avropanın ümumi idxalında o qədər də böyük görünməyə bilər. Amma bir çox ölkələr, xüsusilə Şərqi Avropa dövlətləri üçün Azərbaycan qazının oynayacağı rol kifayət qədər böyükdür".
Komitə sədri deyib ki, Azərbaycan bu istiqamətdə qaz ixracını artırmaq üçün mövcud qaz kəmərlərinin buraxılış qabiliyyətlərinin artırılması təklifini irəli sürüb. Hazırda TANAP layihəsi üzrə ildə 16 milyard kubmetr, TAP layihəsi üzrə isə 10 milyard kubmetr qaz ixrac etmək mümkündür. Azərbaycan Avropa Birliyi ilə bu həcmin növbəti 4 il ərzində iki dəfə artırılması barədə razılıq əldə edib. Bu razılaşmaya uyğun olaraq, qaz kəmərlərinin buraxılış gücü daha çox artırılacaq ki, bunun da nəticəsində Azərbaycan qazı daha çox ixrac oluna biləcək.
Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatlarının həcminin 2,6 trilyon kubmetr olduğunu nəzərə çatdıran T.Mirkişili ölkəmizin qaz ixrac etmək üçün kifayət qədər imkanlarının olduğunu söyləyib: "Hazırda yeni yataqların işlənməsi prosesi də gedir. Bu, o deməkdir ki, Azərbaycan mövcud infrastrukturu inkişaf etdirməklə daha çox qaz ixrac edib daha çox valyuta əldə edəcək. Bu ilin 8 ayı ərzində Azərbaycanın qaz ixracından əldə etdiyi gəlirin həcmi 340 faizədək, istehsal isə cəmi 9,7 faiz artıb. İxracdan əldə olunan gəlirin artması Azərbaycanın qaz ixracından gələcəkdə daha çox valyuta əldə edə bilmə imkanının olduğunu göstərir".
Qeyd edək ki, ümumi dəyəri 240 milyon avrodan çox, ümumi uzunluğu 182 kilometr olan IGB Bolqarıstanın və Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir.
Layihə 2011-ci ildə Bolqarıstanda qeydiyyatdan keçmiş Bolqarıstan-Yunanıstan "ICGB AD" investisiya şirkəti tərəfindən Bolqarıstanın Enerji Holdinqi və Yunanıstanın "IGI Poseidon" şirkətinin səhmdarları ilə birlikdə reallaşdırılır və hər biri 50 faiz paya malikdir. IGB Azərbaycanın "Şahdəniz-2" yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq. Bu məqsədlə Bolqarıstanın "Bulgargaz EAD" dövlət şirkəti "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. / banker.az

Xəbərlər     Tarix: 03 oktyabr 2022

Oxşar xəbərlər

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı


iqtisadi xeberler valyuta mezennesi investisiya kripto iqtisadiyyat xeberleri