Putin Paşinyan və Mirzoyanı Rusiyaya ÇAĞIRDI
Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bir neçə ay ərzində imzalanacağı ilə bağlı İtaliyada verdiyi bəyanatından dərhal sonra Rusiya prezidenti Vladimir Putin baş nazir Nikol Paşinyanı və xarici işlər naziri Ararat Mirzoyanı Rusiyaya çağırıb.
KONKRET.az xəbər verir ki, bu fikirləri müxalif erməni bloger Mika Badalyan sosial şəbəkədə yazıb.
"Son günlər biz Moskva ilə İrəvan arasında danışıqlarda son dərəcə yüksək fəallığı görürük. Sözün əsl mənasında, hər 3-4 gündən bir istər xarici işlər nazirləri səviyyəsində, istərsə də dövlət liderləri səviyyəsində telefon danışığı olub. Həmçinin Putinlə İlham Əliyev arasında bu yaxınlarda söhbət baş tutub.
Bütün bu danışıqların nəticəsi o oldu ki, Paşinyanla Mirzoyan təcili olaraq Rusiyaya söhbətə çağırılıb. Paşinyan sentyabrın 5-8-də Vladivostoka səfər edəcək.
Lavrov-Mirzoyan görüşü sentyabrın 6-da keçiriləcək", deyə Badalyan qeyd edib. Bizim.media

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
SWIFT nədir?
İban nədir?
Biznes nədir?
Az pulla hansı işi qurmaq olar?