Putin: Türkiyədəki qaz qovşağı real layihədir
Rusiya Prezidenti Vladimir Putin Türkiyədə qaz qovşağının yaradılmasını tez bir zamanda işə salına bilən real layihə adlandırıb.
Bu barədə o, oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan başçıları arasında üçtərəfli danışıqlardan sonra jurnalistlərə bildirib.
Putin əlavə edib ki, qaz alıcıları həmişə var, çünki qaz dünyada çox tələb olunan məhsuldur. Rusiya liderinin sözlərinə görə, Türkiyə qaz qovşağının həyata keçirilməsindən sonra müqavilə bağlamaq istəyən kifayət qədər alıcı meydana çıxacaq.
"Bilirəm ki, çoxlu istehlakçılar var və Rusiya qazını almaq istəyənlər də çoxdur. Görək bu qış, gələn qış necə olacaq. Amma əminəm ki, müqavilələr imzalanacaq. Sonda biz və Avropa ölkələri dünyanın digər regionlarını çatdırılma üçün tranzit ölkələr kimi istifadə edə bilərik. Amma şübhə etmirəm ki, Avropada da bunu istəyənlər çox olacaq", – Putin deyib.
Onun sözlərinə görə, Rusiya Avropa İttifaqı (Aİ) ilə birbaşa işləyə bilmədiyi üçün Türkiyəni qaz qovşağı kimi seçib.
"Niyə biz Türkiyəni qaz tədarükü üçün mümkün mərkəz kimi seçdik? Mənə elə gəlir ki, bunu niyə təklif etdiyimiz aydındır. Çünki avropalı tərəfdaşlarla birbaşa işləmək çox çətindir", – Prezident qeyd edib. / banker.az
Server çöküb - Saytlar işləmir
Ölkədədə bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və xidmətlərə giriş məhdudlaşıb. xəbər verir ki, hazırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən "Cloudflare" şirkətinin qlobal şəbəkəsind
Fransa bizdən neft alışını 3 dəfədən çox artırıb
Azərbaycan Fransaya 281 min 055,52 ton xam neft ixrac edib. xəbər verir ki, 2025-ci ilin yanvar-oktyabr aylarını əhatə edir. Dövlət Gömrük Komitəsiin hesabtına görə, bu miqdarda məhsulun dəyəri 143 milyon 049,38 min ABŞ dollar
Ağ Ev, süni intellekt qanun layihəsinə qarşı çıxır
Ağ Ev rəsmiləri Nvidia-nın Çin və digər rəqib ölkələrə süni intellekt çipləri satışını məhdudlaşdıran qanuna qarşı çıxır. xəbər verir ki, Ağ Ev rəsmiləri Nvidia Corp.-un Çin və digər rəqib ölkələrə süni intellekt çiplərini
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Buğda idxalı 1 milyon tonu keçdi
Azərbaycan 1 009 614.31 ton buğda idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarını əhatə edir. Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu həcmdə buğdanın dəyəri 217 milyon 691 min ABŞ dollar