"Qarabağ" Fransa klubunu darmadağın etdi - YENİLƏNİB

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. 
KONKRET.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun II turunda Bakıda Fransa "Nant"ı ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionundakı azarkeşlər qarşılaşma başlamamışdan əvvəl Ermənistanla sərhəddə hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan hərbçilərinin xatirəsini sükutla yad ediblər.
Görüşün ilk 10 dəqiqəsi kəşfiyyat xarakteri dayışıb. 14-cü dəqiqədə Fransa təmsilçisinin futbolçusu Moyzes Simonun fərqlənməsinə qapıçı Şahruddin Məhəmmədəliyev mane olub. "Köhlən atlar" ilk hissənin ortalarından təşəbbüsü ələ alıb.
Simon 27-ci dəqiqədə Məhəmmədəliyevlə təkbətək çıxsa da, növbəti dəfə dueldən məğlub ayrılıb. 30-cu dəqiqənin tamamında Elvin Cəfərquliyevin zərbəsindən sonra top qapının üstündən keçib. Daha sonra Kvabena Ovusu qolkiperlə təkbətək çıxsa da, fürsətdən yararlana bilməyib. "Qarabağ" hissənin sonlarında hücumlarının kəsərini artırıb. 43-cü dəqiqədə Bədavi Hüseynovun başla fərlənməyə yaxın olsa da, rəqib qapıçı Alban Lyafon hesabın açılmasına imkan verməyib.
İkinci yarıda da Azərbaycan təmsilçisi topa daha çox nəzarət edən tərəf olub. 51-ci dəqiqədə Ovusu növbəti dəfə Lyafon səddini keçə bilməyib. Buna baxmayaraq, 25 yaşlı qanalı hücumçu 60-cı dəqiqədə hesabı açmağa müvəffəq olub. 5 dəqiqə sonra Kadi Borgesin ötürməsindən sonra Abdullah Zubir hesab arasındakı fərqi artırıb. 72-ci dəqiqədə Marko Yankoviç baxımlı qola imza ataraq qonaqları məyus edib. "Nant" sonrakı dəqiqələrdə hesab arasındakı fərqi azaltmağa çalışsa da, istəyinə çata bilməyib.
Rəqibini 3:0 hesabı ilə məğlub edən "Qarabağ" qrup mərhələsində ilk qələbəsini qazanıb.
***
22:11
Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda iki qol vurulub. 
KONKRET.az-ın məlumatına görə, "köhlən atlar" hesab arasındakı fərqi iki topa çatdırıb – 2:0.
Komandanın heyətində Kvabena Ovusu 60-cı dəqiqədə, 65-ci dəqiqədə Abdullah Zubir fərqlənib.
***
20:57
Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu başlayıb.
KONKRET.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də start götürüb.
Görüşü Enea Yorqyinin başçılıq etdiyi albaniyalı hakimlər briqadası idarə edir.
G qrupunun digər matçında "Olimpiakos" "Frayburq"u qəbul edir. "Nant" ilk turda Yunanıstan "Olimpiakos"unu məğlub edib – 2:1. "Qarabağ" isə Almaniyada "Frayburq"a eyni hesabla uduzub.

Xəbərlər     Tarix: 15 sentyabr 2022

Oxşar xəbərlər

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə


iqtisadi xeberler internetden pul qazanmaq bitkoin leobank kart online pul qazanmaq