Qarabağ üzrə məlumatlar naviqasiya saytlarına inteqrasiya olunur
Türkiyənin "4MAPS Bilgi Teknologileri" MMC işğaldan azad olunmuş ərazilərin yol şəbəkələrinin rəqəmsallaşdırılması, küçə, yaşayış məntəqələrinin adlarının beynəlxalq xəritə platformalarında Azərbaycan dilində göstərilməsinə dəstək olub.
Banker.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Şirkət tərəfindən həmin ərazilərdə kadastr və ünvan reyestri istiqamətində işlər aparılır, topoqrafik və geometrik məlumatlar xəritəçəkmə xidmətləri göstərən beynəlxalq saytlara inteqrasiya olunur. Bunlardan biri "Amazon", "Booking.com", "Mercedes", "Audi" kimi dünyaca məşhur şirkətlərə xidmət göstərən "Here Global B.V." şirkətidir.
Hazırda işğaldan azad olunmuş ərazilərdə "Lidar True System" tətbiqi ilə yolların, yol şəbəkələrinin 360 dərəcəli kameralar vasitəsilə 3D xəritəsi hazırlanır.
3D xəritələri hazırlanması xidmətləri göstərən "4MAPS Bilgi Teknologileri" MMC ilə Dövlət Xidməti 2020-ci ildən əməkdaşlıq edir. Şirkət işğaldan azad edilmiş ərazilərimizin beynəlxalq miqyasda elektron xəritə platformalarında düzgün əks olunması, məlumatların dəqiqliyinin təmin edilməsi məqsədilə bir sıra layihələr həyata keçirir. Qeyd edək ki, şirkət azad edilmiş ərazilərimizdəki rayon və yaşayış məntəqələrinin, küçə və prospektlərin adlarının, həmçinin, xəritə məlumatları ilə bağlı beynəlxalq saytlarda yol verilmiş təhriflərin düzəldilməsi işini təmannasız yerinə yetirir.
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza