"Qarabağ"ın avrokuboklarda ilk dəfə üz-üzə gələcəyi rəqiblər - TANITIM

"Qarabağ" Avrokubokların qrup mərhələsində ilk dəfə "Olimpiakos" (Yunanıstan), "Frayburq" (Almaniya) və "Nant" (Fransa) komandaları ilə qarşılaşacaq.
KONKRET.azxəbər verir ki, Azərbaycan təmsilçisi bu rəqiblərlə UEFA Avropa Liqasının qrup mərhələsində üz-üzə gələcək.
"Olimpiakos"
1925-ci ildə yaradılmış "Olimpiakos" Yunanıstanın liman şəhəri sayılan Pireyi təmsil edir. "Qarabağ" kimi, "Olimpiakos" da bu mövsüm mübarizəyə Çempionlar Liqasından başlayıb. Lakin onlar ilk cəhdində – II təsnifat mərhələsində sonradan Çempionlar Liqasının qrup mərhələsinədək irəliləməyi bacaran İsrailin "Makkabi" (Hayfa) komandası ilə bacarmayıb – 1:1, 0:4. Daha sonra Yunanıstan təmsilçisi Slovakiya çempionu "Slovan" (Bratislava) klubunu UEFA Avropa Liqasının III təsnifat mərhələsində penaltilər hesabına məğlub edərək qrupa vəsiqə qazanıb.
Məhz "Makkabi"yə 0:4 hesabı ilə uduzduqdan sonra komandanın portuqaliyalı baş məşqçisi Pedru Martins istefaya göndərilib. İngiltərədə "Lids" və "Hadersfild" kimi komandalarda işləmiş 39 yaşlı ispaniyalı Karlos Korberan avqustun 1-dən bu klubun baş məşqçisidir. 47 qat Yunanıstan çempionu, 28 qat ölkə kuboku və 4 qat Superkubok qalibinin (Bu, hər 3 göstərici həmin ölkədə rekord nəticədir – S.M.) hazırkı kapitanı Andreas Buxalakisdir. Komandada çexiyalı Tomaş Vatslik, xorvatiyalı Şime Vrsalko, fransalı Yann MVila və Matyö Valbuena, kamerunlu Pyer Kunde, misirli Ahmed Hassan, mərakeşli Yussef Əl-Arabi kimi məşhur legionerlər oynayır.
Həmçinin, "Arsenal"la 2 dəfə Bakıya gəlmiş, 2 dəfə "Qarabağ"a qarşı oynamış Sokratis Papastatopulos və "Roma"nın sabiq üzvü Kostas Manolas kimi yunanıstanlı veteran oyunçular da buradadır. "Neftçi"nin sabiq oyunçusu Mamadu Kane bu kluba məxsusdur. Qvineyalı mərkəz yarımmüdafiəçisi cari mövsümün sonunadək "Pafos" klubuna icarəyə verilib.
"Olimpiakos" Yunanıstan Super Liqasının ilk turunda "Yannina"nı 2:0 məğlub edib. Hazırda "qırmızı-ağlar" 3 xalla 4-cü sıradadır. Komanda 29 avqustda "Asteras"la qarşılaşacaq. Tripoli şəhərində keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Yunanıstanın ən titullu klubu ötən mövsüm Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdırıb – 1:0, 1:0.
"Frayburq"
1904-cü ildə yaradılmış 118 yaşlı "Frayburq" ötən mövsüm Almaniya Bundesliqasını 6-cı pillədə başa vurub. Komandanın baş məşqçisi futbolçu karyerasını başa vurduqdan sonra – 1995-ci ildən "Frayburq"da işləyən Kristian Ştrayxdır. 57 yaşlı mütəxəssis "Frayburq"un U-19 komandasında baş məşqçi (1995 – 2011) və əsas komandasında köməkçi (2007 – 2011) işləyib. 2011-ci ildən bu komandaya baş məşqçilik edir. "Frayburq"un Almaniya daxilində elə bir uğuru olmasa da, bu il ölkə kubokunu qazanmağa çox yaxın olub. Komanda 120 dəqiqəsi 1:1 hesabı ilə başa çatan final matçında "Leyptsiq"ə penaltilərdə 2:4 hesabı ilə uduzub. "Frayburq"da Belçika, Avstriya, Fransa, Qana, Macarıstan, Niderland, Cənubi Koreya, İtaliya, Yaponiya və İsveçrədən legionerlər oynayır. Komandanın kapitanı sol cinah müdafiəçisi Kristian Günterdir.
"Frayburq" 2013/2014 mövsümündən sonra ikinci dəfə bu turnirin qrup mərhələsində mübarizə aparacaq. "Frayburq" bu gün Bakı vaxtı ilə saat 22:30-da Bundesliqanın IV turunun açılış matçında "Boxum"u qəbul edəcək. "Ağ-qaralar" ilk 3 tura əsasən 6 xal toplayıb və turnir cədvəlinin 5-ci komandasıdır.
"Nant"
1943-cü ildə yaradılmış "Nant" gələn il aprelin 21-də 80 yaşını qeyd edəcək. Bu səbəbdən, Fransanın köklü klublarından olan "Nant" ilk dəfə Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq. Bu komanda da "Frayburq" kimi, cari mövsüm avrokubok mübarizəsinə qrup mərhələsindən başlayacaq. 8 qat Fransa çempionu və 4 qat Fransa Kubokunun qalibi olmuş komanda mövsümü 9-cu yerdə başa vurub. Bununla belə, "Nitsa"nı Fransa Kubokunun finalında penalti qolu hesabına 1:0 hesabı ilə məğlub etməsi "Nant"ın Avropa Liqasının qrupunda təmsil olunmasını şərtləndirib.
"Nant"da Braziliya, İspaniya, Konqo, Kamerun, Nigeriya, Sloveniya, Misir və Malidən legionerlər oynayır. Komandanın kapitanı Burkina Fasoda doğulmuş qapıçı Alban Lafondur.
"Nant" cari mövsümə pis başlayıb. Komanda ilk 3 turda qələbə qazana bilməyib. 2 xalı olan "Nant" 15-ci yerdədir. "Qarabağ"ın rəqibi avqustun 28-də Bakı vaxtı ilə saat 15:00-da "Tuluza"nı qəbul edəcək. Report

Xəbərlər     Tarix: 27 avqust 2022

Oxşar xəbərlər

Hong Kong və Səudiyyə Ərəbistan 1 milyard dollarlıq fond yaradır

Hong Kong Pul Hakimiyyəti ilə Səudiyyə Ərəbistanının suveren varlıq fondu Səudiyyə Ərəbistanına genişlənməsini dəstəkləmək üçün 1 milyard dollar dəyərində fond yaratmağa hazırlaşır. xəbər verir ki, Hong Kongun Maliyyə Katib

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Rheinmetall satışlarının 58 milyard avroya çatacağını gözləyir

Alman müdafiə sənayesi şirkəti Rheinmetall, 2030-cu il üçün satış hədəfini yüksəldərək yeniləyib. xəbər verir ki, şirkət onilliyin sonunda satışlarının təxminən 58 milyard avroya çatacağını açıqlayıb. Bu rəqəm əvvəlki 40–5

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Bu il 20,75 milyon ton həcmində neft ixrac edilib

Bu il 20,75 milyon ton həcmində neft ixrac edilib. Göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 180 min ton və ya 0,9% çoxdur. xəbər verir ki, bu barədə Dövlət Gpmrük Komitəsinə istinadən xəbər verir. 2024-c

Cənubi Koreyada "Samsung" və "Hyundai" daxili sərmayələri artıracaq

Samsung Electronics, Hyundai Motor və digər böyük Cənubi Koreya istehsalçıları daxili investisiya planlarını açıqlayıblar. xəbər verir ki, Samsung Electronics süni intellektə tələbatın qlobal artımına cavab olaraq Pyeongtae

Avstraliya Ehtiyat Bankı faiz dərəcələrini sabit saxlaya bilər

Avstraliya Ehtiyat Bankı (RBA) 3–4 noyabr tarixli siyasət iclasının protokollarını açıqlayaraq, daxil olan iqtisadi məlumatların gözləniləndən daha güclü olması halında nağd pul faiz dərəcəsini hazırkı səviyyədə saxlaya biləcəyin


iqtisadi xeberler bitcoin valyuta kurslari iqtisadiyyat xeberleri dollar kursu