"Qarabağ"ın matçının vaxtı niyə dəyişdirilib?
"Qarabağ"ın oyununun cümə günündən cümə axşamına çəkilməsi zamanı normal prosedur həyata keçirilib".
KONKRET.az-ın məlumatına görə, bu barədə Report-a Peşəkar Futbol Liqasının yeni yaradılan Texniki İdman Departamentinin direktoru Elgiz Abbasov açıqlama verib.
O, "Qarabağ"ın Azərbaycan Premyer Liqasının V turunun "Kəpəz"lə Qəbələ şəhər stadionunda keçirəcəyi oyunun vaxtının sentyabrın 2-dən 1-nə keçirilməsinin səbəbini açıqlayıb:
"Avrokubokda çıxış edən klub oyun gününün dəyişdirilməsi ilə bağlı PFL-ə müraciət etmək iqtidarındadır. "Qarabağ" klubu Avropa Liqası oyununa yaxşı hazırlaşmaq məqsədilə oyun gününün dəyişdirilməsi ilə bağlı müraciət edib. Bu barədə "Kəpəz" klubuna da məlumat verdik. Nəzərə alaq ki, şərtlər hər iki komanda üçün eynidir, yəni hər ikisi avqustun 27-də son turun matçını keçirib. Bu səbəbdən, hər iki komandanın oyununu 1 sentyabra təyin etdik ki, "Qarabağ" sentyabrın 8-dəki avrokubok matçına daha yaxşı hazırlaşa bilsin".
Qeyd edək ki, "Qarabağ" sentyabrın 8-də Almaniyada "Frayburq"un qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
IMEI kod nədir?
Dünyanın ən bahalı restoranları
Cash Back nədir?
Bitcoin nədir?
SMM nə deməkdir?