Qazaxıstan Azərbaycan ərazisindən neft nəqlinin həcmini artırmağı planlaşdırır
"KazMunayQaz" SC (KMG, Qazaxıstanın milli neft-qaz şirkəti) Azərbaycan ərazisindən neft nəqlinin həcmini artırmağı planlaşdırır.
Bu barədə KMG-nin İdarə Heyətinin sədri Maqzum Mirzəqaliyev məlumat verib.
"Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizi ilə daşımaların daxil olduğu Orta Dəhliz və ya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TİTR) inkişaf etdirilməsi vəzifəsini öz üzərinə götürüb. Bu marşrutun tərkib hissəsi kimi biz ötən ildən Bakı istiqamətində və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə neft nəqlinə başlamışıq. Bizim planlarımız bu marşrut üzrə daşımaların həcmini artırmaqdır," – deyə Mirzəqaliyev bildirib.
O bildirib ki, bu o demək deyil ki, Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumu (CPC) neft kəmərinə alternativ axtarır.
"CPC etibarlı, sabit və ən əsası neftimizi ixrac bazarlarına çatdırmaq üçün ən sürətli yol olaraq qalır. Ötən il biz Almaniyaya neft nəql etməyə başladıq. 2023-cü ilin sonuna kimi bu ölkəyə təqribən 1 milyon ton neft nəql etmişik və ümid edirik ki, bu il bu həcmi keçəcəyik", – deyə Mirzəqaliyev əlavə edib. / banker.az
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
Minimum əməkhaqqı ilə bağlı - YENİLİK GÖZLƏNİLİR
Ötən il Əmək Məcəlləsinə minimum əməkhaqqı məbləğinə hər il azı bir dəfə yenidən baxılmasına dair yeni müddəa əlavə olunub. Bu isə minimum əməkhaqqının 2027-ci il üçün artacağı ehtimalını yaradır. xəbər verir ki, Milli Məclisi
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml