Qazaxıstan Azərbaycan vasitəsilə neft ixracını 3 milyon tona çatdıracaq
Qarşıdakı illərdə Qazaxıstan Transxəzər marşrutu ilə Azərbaycan vasitəsilə neft ixracının həcmini 3 milyon tona çatdıracaq.
Ötən il Qazaxıstan Azərbaycan üzərindən dünya bazarına 1 milyon ton neft ixrac edib. Cari ildə isə Qazaxıstan Transxəzər marşrutu ilə 1.5 milyon ton neft ixrac etməyi planlaşdırır ki, gələcək illərdə ixracın həcmini 3 milyon tona çatdırsın.
Qeyd edək ki, 2022-ci ildə Qazaxıstan prezidenti Kasım Jomart Tokayev Transxəzər marşrutu ilə neft ixracının həcminin artırılması barədə tapşırıq vermişdi. Həmin il Qazaxıstanın "KazMunayQaz" və Azərbaycan SOCAR şirkətləri arasında "Tengiz" yatağından hasil olunan neftin Bakı-Tbilisi-Ceyhan qaz boru kəməri ilə nəql olunması haqqında müqavilə imzalanıb. / banker.az
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB