Qazaxıstan çindilli işçilər AXTARIR - MAAŞ
Qazaxıstanda işəgötürənlər tərəfindən çindilli işçilər getdikcə daha çox axtarılır.
KONKRET.az xəbər verir ki, "Hh.kz" iş axtarışı xidmətində yayda çin dilini bilənlərə tələbat 38,4% artaraq 200-ə yaxın elana çatıb.
Qeyd olunub ki, Çin dilini bilənləri əsasən logistika və maliyyə sahəsindəki şirkətlər axtarır.
Belə ki, 38% hallarda belə işçilərə orta əmək haqqı 390 min tenge (1426,59 AZN) olan satış meneceri vəzifələri təklif olunur. Bəzi vəzifələrdə maaş ayda 2 milyon tengeyə (7315,83 AZN) çatır.
Ərəb dili tələb olunan vakant yerlərin sayı isə 24% artıb. Bunlar əsasən satış və müştəri əlaqələri üzrə menecer, habelə hüquqşünaslar, tərcüməçilər, turizm menecerləri və daşınmaz əmlak məsləhətçiləri vəzifələridir.
Əmək haqqı diapazonu ayda 120 min tenge (438,95 AZN) ilə 10 min avro arasındadır.
İqbal Rzayev,
KONKRET.az
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə