Qazaxıstan taxıl və un ixracına qoyulan məhdudiyyətləri aradan qaldırır
Qazaxıstan taxıl və unun ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmaq və iribuynuzlu və xırdabuynuzlu mal-qaranın ixracı üçün kvota müəyyən etmək qərarına gəlib.
KONKRET.az "Interfax"a istinadən xəbər verir ki, müvafiq qərar çərşənbə günü Qazaxıstanın Xarici Ticarət Siyasəti və Beynəlxalq İqtisadi Təşkilatlarda İştirak üzrə İdarələrarası Komissiyasının iclasında qəbul edilib.
Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ölkədə yaxşı taxıl məhsulu gözlənilir.
"Bu il 13 milyon tondan çox buğdanın yığılması planlaşdırılır ki, bu da ötənilki məhsulu 12% üstələyir. Daxili istehlak üçün təxminən 6,5 milyon ton tələb olunur. Kəmiyyət məhdudiyyətlərinin (kvotaların) aradan qaldırılmasının məqsədəuyğunluğu hərtərəfli müzakirə edildikdən sonra 2022-ci il sentyabrın 10-dan buğda və unun ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması qərara alınıb", – məlumatda deyilir.
Bu məhdudiyyət Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə 2022-ci il iyulun 8-dən sentyabrın 30-dək olan müddət üçün tətbiq edilib.
İclasda damazlıq mal-qara istisna olmaqla, iribuynuzlu və xırdabuynuzlu mal-qaranın ixracına kəmiyyət məhdudiyyətlərinin müəyyən edilməsi də təsdiq edilib.
Statistik məlumatlara görə, 2022-ci il avqustun 1-nə Qazaxıstanda iribuynuzlu mal-qaranın sayı 9,4 milyon baş təşkil edib.
"Qərar verilib ki, 60 min baş və ya ümumi mal-qaranın 9 faizi, o cümlədən 120 min baş qoç və ya ümumi mal-qaranın 10 faizi həcmində dana ixracı üçün kvota müəyyən edilib", – məlumatda bildirilir.
Qeyd edək ki, Qazaxıstanda bu il yanvarın 21-dən iyulun 21-dək iribuynuzlu və xırdabuynuzlu mal-qaranın ixracına qadağa qoyulub.
İqbal Rzayev,
KONKRET.az

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
"Freelance" nədir?
Layihə menecmenti nədir?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Dünyanın ən bahalı restoranları
İlon Mask kimdir?