Qazaxıstanın iri yataqlarında neft hasilatı 56%-dək azalıb
Qazaxıstanın Tengiz, Kaşaqan, Karaçaqanak kimi ən iri neft yataqlarında hasilat 56 faizədək azalıb.
Qazaxıstanın energetika nazirinin müşaviri Şınqıs İlyasov bu barədə jurnalistlərin suallarına cavabında deyib. Onun sözlərinə görə, yaxın zamanlarda da hasilatın azalması müşahidə olunacaq.
"Qazaxıstan Energetika Nazirliyi vəziyyətin nə vaxt normallaşacağı barədə məlumata malik deyil", – deyə Şınqıs İlyasov əlavə edib.
Xəzər Boru Kəməri Konsorsiumu dünən əlverişsiz hava şəraiti ilə əlaqədar dəniz terminalında neft yüklənməsini dayandırıb və sistemə neft qəbulu məhdudlaşdırılıb. Qazaxıstanın qərbindəki neft yataqlarını və Xəzər şelfindəki Rusiya yataqlarını Novorossiysk limanındakı dəniz terminalı ilə birləşdirən konsorsium hazırda Qazaxıstan neftinin əsas ixrac marşrutudur. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Whatsapp biznesin üstünlükləri nələrdir?
Dünyanın ən varlı 10 müğənnisi
Dünyada ən çox oxunan 5 kitab
Biznes nədir və hansı növləri var?
Startup nədir və necə olur?