Qənirə Paşayeva mükafata layiq görüldü
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qardaş Türkiyənin nüfuzlu qeyri-hökumət təşkilatlarından olan "Türk Dünyası Qadınlar Dərnəyi"nin "Alp Qadın" ödülünə layiq görülüb. Təqdimat TÜRKSOY-da baş tutub.
azxeber.com xəbər verir ki, ödülü Komitə sədrinə qurumun başqanı, Qazi Universitetinin professoru Alev Çakmakoğlu (Kuru) təqdim edib.
Qənirə Paşayeva bu ödülün şərəfi qədər məsuliyyətinin də fərqində olduğunu deyib, təltif qərarı verən "Türk Dünyası Qadınlar Dərnəyi"nin başqanlığına, şəxsən Alev xanıma könül dolusu təşəkkür edib.
Xatırladaq ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qazi Universitenin Türk Dünyası Uyğulama ve Araşdırma Mərkəzi tərəfindən bu ilin mart ayında düzənlənən "Türk Dünyasında Alp Qadın" mövzulu Beynəlxalq simpoziumun təntənəli açılış mərasimində çıxış etmişdi.
Açılışa onlayn rejimdə qatılan Qənirə Paşayeva, qardaş ölkənin nüfuzlu universitetlərindən olan Qazi Universitetinin təşkilatçılığı ilə belə bir simpoziumun təşkilini təqdirəlayiq hadisə kimi qiymətləndirib, şəhid xanımlarımızdan, eləcə də, türk tarixində xüsusi rolu olan qadınlardan – Xurşudbanu Natəvan, Nənə Xatun, Şükriyyə xanım və Sürəyya Ağaoğlundan söz açıb, onları çağdaş Türk dünyası qızları üçün örnək adlandırmışdı.

Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Onlayn biznes ideyaları
Françayzinq nədir və necə olur?
ZARA-nın uğur hekayəsi
Startup nədir və necə olur?
İnstaqramda biznes qurmağın yolları