Qırğızıstanda parlamentin növbədənkənar iclası çağırıldı
Qırğızıstan parlamentinin spikeri Talant Mamıtov Tacikistanla sərhəddə yaranmış vəziyyətlə əlaqədar deputatları növbədənkənar iclasa çağırıb.
KONKRET.az "İnterfax"a istinadən xəbər verir ki, deputatlar Batken vilayətindəki mövcud vəziyyəti müzakirə edəcəklər.
Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidmətinin məlumatına görə, sentyabrın 16-da Tacikistan tərəfi Qırğızıstan sərhəd dəstələrini atəşə tutmağa başlayıb.
Qırğızıstanın Səhiyyə Nazirliyi 18 yaralının Batken regional xəstəxanasına aparıldığını bildirib.
Qeyd edək ki, baş verənlərlə bağlı Qırğızıstan Xarici İşlər Nazirliyi Tacikistan tərəfini sərhəd və mülki obyektlərə hücumda ittiham edərək etiraz notası göndərib.
Qırğızıstanın Batken vilayətində ölkənin şimalı ilə cənubunu birləşdirən yeganə avtomobil yolu toqquşmalara görə bağlanıb.
İqbal Rzayev,
KONKRET.az
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə