Qızıl 1800 dollaradək bahalaşa bilər - GÜNƏ BAXIŞ
Dünən ABŞ-da açıqlanan istehsal qiymətləri indeksi ardıcıl dördüncü ayda da geriləyərək 8%-ə düşüb. Proqnozlaşdırılandan daha çox azalan istehlak qiymətlərindən sonra, istehsal qiymətləri indeksində də gözləniləndən daha çox azalma müşahidə olunması fonunda dollar indeksi avqustun 12-dən sonra ən aşağı səviyyə olan 104.8 bəndə qədər düşüb. Dollar üzərində artan təzyiqlər nəticəsində EUR/USD 1.0480, GBP/USD 1.2020 hədlərinə kimi yüksəlib.
Bu gün Bakı vaxtı ilə saat 11:00-da İngiltərədə açıqlanacaq istehlak (CPİ) və istehsal (PPİ) qiymətlərində inflyasiya səviyyələri və saat 18:15-də İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin çıxışı investorların diqqət mərkəzində olacaq. Əgər proqnozlaşdırıldığı kimi İngiltərədə inflyasiya bu ay da artımla açıqlanarsa, bazar iştirakçıları sədr Endryu Beylinin çıxışında daha sərt monetar siyasətə dair mesajların verilməsini gözləyəcəklər. Nəticədə artan sərt monetar siyasət ehtimalları fonunda funt-sterlinq dünya valyuta bazarlarında bir qədər də möhkəmlənə bilər.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Ucuzlaşan dollar fonunda qızıl 1784$-a kimi bahalaşsa da, burada müqavimətlə qarşılaşaraq bir qədər geriləyib. Hazırda 1772$-dan təklif edilən qiymətli metalın bir unsiya üzrə dəyəri 1784$ həddinin üzərində möhkəmlənə bilsə, 1800$-a kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
İnstaqramda biznes qurmağın yolları
Yatırım olmadan necə biznes qurmaq olar?
IMEI kod nədir?
IBAN nədir?
Biznesə aid ən yaxşı 10 kitab