Qlobal bazarlarda dollar çatışmazlığı yaranıb - Maliyyə böhranı güclənir
Nağd pul dövriyyəsində Amerika dollarının çatışmazlığı bir sıra Afrika və Asiya dövlətləri də daxil olmaqla, dünyanın bir sıra ölkələrində maliyyə böhranının güclənməsinə səbəb olub.
KONKRET.az xəbər verir ki, bu barədə "Bloomberg" bazar iştirakçılarına istinadən məlumat yayıb.
Qeyd olunub ki, ən çox nağd ABŞ dolları çatışmazlığı Şri-Lanka, Nigeriya, Pakistanda müşahidə olunur.
"Şri-Lankada xəstəxanalar əməliyyatları təxirə salır. Nigeriyada beynəlxalq uçuşlar dayandırılıb. Pakistanda avtomobil zavodları bağlanıb. Dünyanın ən həssas inkişaf etməkdə olan ölkələrinin bəzilərində vəziyyət ağırdır. ABŞ dollarının qıtlığı xammaldan tutmuş dərmanlara qədər hər şeyə çıxışı məhdudlaşdırır".
Bununla əlaqədar, Dubaydakı "Tellimer"in Dubayda inkişaf etməkdə olan bazarlar və sərhəd bazarları strateqi Hasnayn Malik potensial investorların ən riskli ölkələrin iqtisadiyyatlarına investisiya qoyarkən daha diqqətli olmağa çağırıb.
Belə ki, yaxın gələcəkdə bu dövlətlər dollar qıtlığının davam etməsi fonunda böhranın kəskinləşməsi ilə üzləşə bilər.
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB