Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÖtən gün ABŞ-da Amerika Təchizat İdarəetmə İnstitutunun (ISM) statistik məlumatları dərc etməsi fonunda dünən axşam saatlarından dollar major valyutalar qarşısında ucuzlaşır. Dolların ucuzlaşması fonunda qızılın qiyməti bahalaşıb. Həmçinin dünən gün ərzində neft qiymətləri kəskin şəkildə ucuzlaşıb. 
Çərşəmbə axşamı Amerika Təchizat İdarəetmə İnstitutu (ISM) bildirdi ki, ABŞ-ın sənaye sektorunda PMI (ISM Manufacturing) iyul ayı ilə müqayisədə avqust ayında 46.8 bənddən 47.2 bəndədək yüksəlib. Analitiklər 47.5 bəndədək artım ehtimal edirdilər. Eləcə də, "S&P Global"-ın verdiyi məlumata əsasən, ABŞ-ın Sənaye Sektorunda Biznes Aktivliyi İndeksinin 48 bəndədək geriləyəcəyi proqnoz olunsa da, göstərici 49.6 bənd səviyyəsindən 47.9 bənd səviyyəsinə qədər enib. 
Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞHəmçinin ötən gün Türkiyənin Statistika Qurumu (TÜİK) hesabatında qeyd edib ki, avqust ayına olan məlumata görə, ölkədə illik inflyasiya kəskin şəkildə yavaşlamağa davam edib və ötən ay ilə müqayisədə 61.78%-dən 51.97%-ə qədər enib. Bugün isə Yaponiyanın xidmət sektorunda PMI göstəricisi dərc olunub. Göstəricinin 54 bənd səviyyəsinə qədər artacağı ehtimal olunsa da, Biznes Aktivliyi İndeksi iyul ayında olduğu kimi, 53.7 bənd təşkil edib.
Beynəlxalq birjalarda qızılın qiyməti dünən 2475$ səviyyəsinə qədər ucuzlaşıb. Lakin, dolların ucuzlaşması fonunda dəyərli metal buradan dəstək alaraq 2495$ səviyyəsinə qədər bahalaşıb. Neftin qiyməti isə Liviya və OPEC+ ölkələrindən əlavə tədərükün olunması ehtimalları fonunda kəskin şəkildə ucuzlaşıb. "Brent" markalı neftin qiyməti ötən gün ərzində 78.5$ səviyyəsindən 74.3$ səviyyəsinə qədər enib. 
Bugün Bakı vaxtı ilə saat 17:45-də Kanada Bankı (ölkənin Mərkəzi bankı) faiz qərarını açıqlayacaq. Ekspertlər tənzimləyici qurumun uçot dərəcəsini 4.50% səviyyəsindən 4.25% səviyyəsinə qədər endirəcəyini proqnozlaşdırırlar. 
Gün ərzində dərc olunacaq Almaniyada, Avrozonada və Böyük Britaniyada xidmət sektorunda PMI, ABŞ-da Ticarət Saldosu, İdxal və İxrac həcmləri və əmək bazarında açıq vakansiyaların sayı (JOLTS) göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas hadisələrdir. 
Bakı vaxtı ilə saat 22:00-da isə Federal Ehtiyatlar Sistemi tərəfindən ABŞ-ın 12 federal dairəsinin hər birində mövcud iqtisadi vəziyyət haqqında hesabatı özündə əks etdirən "Bej Kitab" dərc olunacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 04 sentyabr 2024

Oxşar xəbərlər

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Əhali çekləri tələb edir, dövriyyələr leqallaşır - ƏDV ödəyicisi olmayan subyektlərdən də alışlar üzrə vəsait geri qaytarılacaq

"ƏDV geri al" mexanizminin genişləndirilməsi təklif olunur. Artıq ƏDV ödəyicisi olmayan sahibkarlardan nağdsız alış-veriş edən vətəndaşlar da pulun bir hissəsini geri ala biləcəklər. Bu necə həyata keçiriləcək? 

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Azərbaycanda alış-veriş edənlərə 175,3 milyon manat geri qaytarılıb

2026-cı ilin yanvar – oktyabr ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla)

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro


iqtisadi xeberler bitcoin qiymeti dollar kursu biznes xeberleri avtomobil xeberleri