Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Çərşənbə günü səhər Avrozonada inflyasiya ilə bağlı yekun məlumatların dərc olunması ərəfəsində EURUSD valyuta cütlüyü bahalaşır. Avro/dollar məzənnəsi günü 1.1112 səviyyəsində başlasa da, hal-hazırda 1.1120 səviyyəsində ticarət olunur. Eyni zamanda, USDJPY cütlüyü ötən gün ərzində 139.570 həddindən 142.460 həddinə qədər bahalaşsa da, bugün bir qədər ucuzlaşdı və hal-hazırda 141.340 səviyyəsində ticarət olunur. Dollar indeksi isə 0.05% zəifləyərək 100.84 bənd təşkil edir.
Dünən Avropa İqtisadi Tədqiqatlar Mərkəzinin (ZEW) hesabatı dərc olunub. Verilən məlumatlara əsasən, avqust ayı ilə müqayisədə sentyabr ayında Almaniyada İqtisadi İnkişaf Proqnozu İndeksi 19.2 bənddən 3.6 bəndədək enib və 2023-cü ilin oktyabr ayından bəri minimum nəticəni sərgiləyib. Bundan əlavə, Almaniyada Cari Vəziyyət İndeksi -77.3 bənd səviyyəsindən -84.5 bənd səviyyəsinə qədər, Avrozonada İqtisadi İnkişaf Proqnozu İndeksi 17.9 bənddən 9.3 bəndədək, Avrozonada Cari Vəziyyət İndeksi isə -32.4 bənddən -40.4 bəndədək geriləyib.
ABŞ-da açıqlanan statistik məlumatlara əsasən, iyul ayı ilə müqayisədə avqust ayında ölkədə Sənaye Sektorunda İstehsal Həcmi 0.8% artıb. Analitiklər göstəricilərin aylıq ifadədə 0.2% artacağını proqnozlaşdırmışdırlar. Bundan əlavə, iyul ayı ilə müqayisədə avqust ayında ABŞ-da Pərakəndə Satış Dövriyyəsinin Həcmi 0.1% artıb. Ekspertlər isə, əksinə, aylıq ifadədə göstəricinin 0.2% azalacağını ehtimal edirdilər
Bugün Böyük Britaniyada və Avrozonada avqust ayı üzrə inflyasiyaya dair yekun nəticələr dərc olunacaq. Belə ki, analitiklərin proqnozlarına əsasən, Avrozonada İstehlak Qiymətləri İndeksi aylıq ifadədə 0.2%, illik ifadədə isə 2.2% təşkil edib. Birləşmiş Krallıqda isə inflyasıyanın aylıq ifadədə 0.3%, illik ifadədə 2.2% artığı proqnoz olunur.
Həmçinin, bugün ABŞ Federal Ehtiyatlar Sistemi (FED) iki günlük iclasdan sonra faiz dərəcəsini açıqlayacaq. Ekspertlərin fikrincə , tənzimləyici qurum illik uçot dərəcəsini 5.25-5.5%-dən 5-5.25%-ə qədər endirəcək. Federal Açıq Bazar Komitəsinin qərarı çərşənbə günü, sentyabrın 18-də Bakı vaxtı ilə saat 22:00-da dərc olunacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri
Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb
"Qala Həyat"ın ödənişləri 76% artıb
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Azərbaycanda 8 milyonluq şirkətin – SƏRMAYƏSİ AZALDILIR
FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR
1000 manatla hansı biznesi qurmaq olar?
Marketinq nə demədir?
Biznes planı necə yazmaq lazımdır?
Elon Musk kimdir?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?