Qlobal birjalarda son vəziyyət

Qlobal birjalarda son vəziyyətNarahatlıqlarla dolu olan 2023-cü ildən sonra, dollar yenidən möhkəmlənir. Buna səbəb kimi "Wall Street"-in faiz dərəcələrinin əvvəllər proqnoz olunduğundan daha gec azaldılacağını etiraf etməsini qeyd edə bilərik. Dollar indeksi bu il 2.8% faiz bahalaşdıqdan sonra, hal-hazırda konsolidasiya nümayiş etdirir. 
Son həftələrin yüksək iqtisadi məlumatları Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrini daha uzun müddət yüksək saxlayacağına dair fikirləri gücləndirdi. Birləşmiş Ştatlar yanvar ayında artan faiz dərəcələrinə baxmayaraq əmək bazarının dayanıqlı olduğunu vurğulayaraq heyrətamiz 353 000 yeni iş yerinin açıldığını bildirdi. Ötən ilin dekabr ayında İstehlak Qiymətləri İndeksi (CPI) illik müqayisədə 3.4% artaraq, hələ də mərkəzi bankın 2% hədəfindən yüksəkdir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Gəlirlərinin böyük hissəsini xaricdə qazanan ABŞ şirkətləri üçün daha güclü dollar pis xəbərdir, çünki bu, avro kimi digər valyutaların dollara çevrildikdə daha az pulun qazanılacağı deməkdir. Amma bu həm də o deməkdir ki, Amerika biznesləri və istehlakçıları idxal olunan mallara daha az vəsait xərcləyə biləcəklər və amerikalılar xaricə səyahət edərkən daha çox alıcılıq qabiliyyətinə malik olacaqlar. Daha yüksək faiz dərəcələri ölkəyə daha çox beynəlxalq kapital cəlb etməyə imkan yaradacaq, valyutaya tələbi artıracaq və bunun fonunda onun dəyəri artacaq. İnvestorların faiz dərəcəsi proqnozlarını yenidən nəzərdən keçirməsi nəticəsində bu il 10 illik xəzinədarlıq gəlirlərinin 4%-dən yuxarı qalxdığı üçün dollar yenidən möhkəmlənib.
İnvestorlar ümumiyyətlə FED-in may və ya iyun aylarında faiz dərəcələrini azaltmağa başlayacağını gözləyirlər. Əgər inflyasiya düşməyə davam edərsə və iqtisadiyyat çökmədən soyuyarsa, o zaman bazarlar olduqca yaxşı dövrə daxil olacaq.
ABŞ-dan inflyasiya göstəriciləri (CPİ)
Çərşənbə axşamı (13 fevral) ABŞ-da yanvar ayı üzrə İstehlak Qiymətləri İndeksi (CPİ) haqqında hesabat dərc ediləcək.
Bundan əlavə, bazarlar ABŞ-da cümə axşamı açıqlanacaq işsizlik üzrə müavinət alanların həftəlik statistikasına və yanvar ayı üzrə pərakəndə satışların həcminə dair göstəricilərə, həmçinin Filadelfiya və Nyu-York FED-in istehsal indekslərinə diqqət yetirəcəklər. Bunun ardınca yanvar ayında tikintisi başlanılan evlərin və tikinti üzrə icazələrin sayı və fevral ayında Miçiqanda inflyasiya göstəriciləri diqqət mərkəzində olacaq. 
EUR 
Ötən həftədən başlayaraq avro dollar qarşısında cüzi bahalaşmaqda davam edir. Cari həftə ərzində açıqlanacaq Avropa Birliyi üzrə iqtisadi göstəricilər, "ZEW" İqtisadi İnkişaf Proqnozu göstəricisi, Avrozona üzrə ÜDM göstəricisi, cümə axşamı AMB sədri Laqardın çıxışı investorların diqqət mərkəzində olacaq. Təhlillərə əsasən, EURUSD məzənnəsində "buğalar"-ın üstünlüyü davam edə bilər. 1.0800$ səviyyəsinin yuxarı qırılması bahalaşmanı dərinləşdirə bilər. 
GBP
Funtda da cüzi bahalaşma davam edir. Cari həftə ərzində İngiltərə Bank sədrinin çıxışı, Məşğulluq Səviyyəsi göstəricisi, cərşənbə günü inflyasiya göstəriciləri, cümə axşamı ÜDM göstəriciləri investorların diqqət mərkəzində olacaq.
NEFT
İsrailin yeni istiqamətlərdə hərbi əməliyyatları davam etdirəcəyi bəyənatları neftin qiymət artımına səbəb oldu.
İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatlar, xüsusilə də Rəfahın bombalanması bazarın narahatlığını artırıb və neftin qiymətinin qalxmasına səbəb olub. Bundan əlavə, keçən həftə Miçiqanda ərəb-Amerika liderləri ilə qapalı görüşdə prezident Baydenin xarici siyasət üzrə əsas köməkçilərindən biri administrasiyanın Qəzza müharibəsinə verdiyi reaksiyada səhvlərə yol verildiyini etiraf edib. "HƏMAS" ilə atəşkəsin bitməsi və davam edən hərbi əməliyyatlar bazarların əvvəllər regional qeyri-sabitliyin neft qiymətlərinə təsirini lazımınca qiymətləndirmədiyini göstərir. Beynəlxalq neft qiymətləri keçən cümə günüdə daxil olmaqla (9 fevral) bir həftə ərzində 5.82% bahalaşıb. Rusiyadan xam neft ixracının artması, "OPEC+" razılaşması ilə müəyyən edilmiş hədləri aşması bazardaki vəziyyəti daha da çətinləşdirib. ABŞ-da hasilatın pik həddinə qayıtması və neft emalı zavodlarının əhəmiyyətli dərəcədə dayanması neft bazarlarını sərtləşdirib. ABŞ-da istehsal gündəlik 13.3 milyon barrelə çatdı. Benzin və orta distillə ehtiyatlarının azalması neft emalı zavodlarının gücünün azaldığını göstərir. Bu tendensiyalar Avropada dizel qıtlığı ilə birlikdə neft bazarında yüksəliş əhval-ruhiyyəsini artırdı. 
Ötən həftəyə artımlarla başlayan "WTI" və "Brent" markalı neft həftənin son ticarət günündə də artım tendensiyasını davam etdirdi və həftəlik şamlarını müvafiq olaraq, 76.46$ və 82.19$ səviyyələrində bağladı. Qeyri-müəyyənliyin davam etməsi fonunda bahalaşma davam edə bilər. 
XAU/USD
Ehtimallara əsasən qızılın yaxın müddətli tendensiyası əslində inflyasiya məlumatlarından asılı olacaq və bazar "sabit və ehtimal olunan artım" konsensus proqnozuna çatmışdır.
Hazırda ABŞ dollarının məzənnəsinin möhkəmlənməsi, xəzinədarlıq gəlirlərinin yüksəlməsi və Federal Ehtiyatlar Sisteminin ehtiyatlı monetar siyasət mövqeyi qızıl qiymətlərinin qısa müddətdə aşağı təzyiqlə üzləşə biləcəyini göstərir. Bununla belə, geosiyasi gərginliyin istənilən eskalasiyası, eləcə də iqtisadi məlumatlarda mənfi sürprizlər bazarda investisiya əhval-ruhiyyəsini tez bir zamanda dəyişdirə və artan bazar volatilliyinin mövcud vəziyyətini dəyişə bilər.
Dollar qarşısında 2020$ qədər ucuzlaşan qızıl, bu qiymətdən dəstək alaraq bu gün Asiya birjalarında 2021$-dək bahalaşa bildi. Hal-hazırda 2023$ ticarət olunan qızılın dahada bahalaşacağı ilə bağlı ehtimallar var.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 12 fevral 2024

Oxşar xəbərlər

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Azərbaycanda alış-veriş edənlərə 175,3 milyon manat geri qaytarılıb

2026-cı ilin yanvar – oktyabr ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla)

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn


iqtisadi xeberler bitkoin almaq dollar məzənnəsi valyuta kurslari telefonla pul qazanmaq