Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ
Bu həftə sıx məlumat gündəmi fonunda, həftənin ilk əməliyyat günündə dollar indeksində müsbət tendensiya müşahidə edildi.
Analitiklər, Federal Ehtiyatlar Sisteminin (FED) sonrakı addımları haqqında daha çox ipucu verə biləcək Amerikada əmək bazarı, xüsusilə də qeyri-kənd təsərrüfatı sektorunda yeni yaranan iş yerlərinin sayı (NFP) ilə bağlı məlumatların cümə günü açıqlanacağını ifadə edərək, "Apple" və digər bu kimi nəhəng şirkətlərin açıqlayacağı balans hesabatlarını diqqətdə saxlamağın əhəmiyyətini qeyd ediblər.
Digər tərəfdən, FED-in bankların kreditləşdirmə təcrübələri ilə bağlı dərc etdiyi "Böyük Kredit Sorumlusu Rəy Anketi" hesabatı, ölkədəki bankların ikinci rübdə kredit şərtlərini sərtləşdirdiyini ortaya qoydu.
Bu ilin üçüncü rübü üçün borclanma proqnozunu açıqlayan ABŞ Maliyyə Nazirliyi də iyul-sentyabr ayları üçün borclanma proqnozunu 1 trilyon 7 milyard dollara yüksəldib.
Çikaqo FED sədri Austan Qulsbi bank rəsmiilərinin açıqlamalarını izləyərkən aylıq inflyasiya məlumatlarının yaxşı olduğunu və hədəflərinin ağır resessiya yaşanmadan inflyasiyanı azaltmaq olduğunu bildirib.
Kredit şərtlərindəki sərtləşməni gözlənildiyi kimi görmədiklərini qeyd edən Qulsbi, inflyasiyanın azaldılması istiqamətində görülən işlərin nəticə verdiyinə diqqət çəkib.
Bu gün isə Avrozonada, Almaniyada, İngiltərədə və Amerikada dərc olunacaq Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq.
Qeyd edək ki, hazırda 102.00 bənd səviyyəsində qərarlaşan DXY-da "Buğalar" qiyməti bu 103.50 bənd səviyyəsindəki psixoloji müqavimət həddinin üzərinə qaytara bilsələr, dollarda artım tendensiyası daha kəskin xarakter ala bilər. "Ayılar"ın güclü olduğu bir ssenaridə isə 100.00 bənd səviyyəsi olduqca önəmli psixoloji dəstək həddi olaraq aktuallığını qoruyur.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Fond birjası nədir?
Ən bahalı otellər hansılardır?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Biznes plan necə yazılır?