Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ
Çərşənbə axşamı qızıl qiymətləri rekord səviyyələrdən uzaqlaşdı, çünki fond bazarlarındakı canlanma "güvənli liman"-lara tələbi azaltdı, lakin kövrək əhval-ruhiyyə "sarı metal"-ı nisbətən nikbin saxlamağa davam etdi.
Qlobal birjalardakı çöküşün investorları külçə və yen kimi təhlükəsiz limanlara yönəltməsi ilə qızıl rekord səviyyələrə yaxınlaşmışdı. ABŞ-da resessiya və faiz dərəcələrinin aşağı salınması ehtimallarının artması qızılın qiymətinin bahalaşmasının əsas katalezatoru hesab olunurdu.
İran və HƏMAS-ın İsraildən qisas alacağı qorxularının bir qədər səngiməsi, xüsusilə də, Çində iqtisadiyyatın inkişaf templərinin zəifləməsini göstərən statistik rəqəmlərin dərci fonunda cari həftənin əvvəlindən qızıla tələbə azaldı.
Dünən spot qızıl 0.3% ucuzlaşaraq 2402.57$-a düşdü. Qeyd edək ki, spot qiymətlər ötən həftənin sonunda 2460$-a yüksəlmişdi.
Dolların təxminən yeddi ayın ən aşağı səviyyəsini test etdikdən sonra, bahalaşması ilə "sarı metal" zəiflədi.
Səhm bazarlarında kəskin canlanma da risk iştahını artıtdığı üçün "təhlükəsiz liman" tələbini azaldıb.
Bununla belə, faiz dərəcələrinin düşmə ehtimalı qızıla tələbi dəstəklədiyi üçün qızıl son qazanclarının əksəriyyətini qoruyub saxlaya bilib. Aşağı faiz dərəcələri qızıla tələbi yenidən artıra bilər, çünki ucuz dollar qiymətli metala sərmayə qoyuluşlarının maya dəyərini daha ucuz edir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Azərbaycanda banklararası istinad faizi yüksəlib
ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?
Dünya iqtisadiyyatının tam ürəyində qalmaqal
Çin dolların sanksiya gücünü zəiflədir, lakin onun qlobal üstünlüyünə son qoya bilmir
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi
Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini - AÇIQLADI
Azərbaycanda alış-veriş edənlərə 175,3 milyon manat geri qaytarılıb
"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib
ABB DigiLife onlayn jurnalını təqdim etdi
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Dünyada ən çox oxunan 5 kitab
Biznes qurmaq üçün nə lazımdır?