Qlobal neft hasilatının artım tempinin yavaşlayacağı proqnozlaşdırılır
ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2024-2025-ci illər üçün maye karbohidrogenlərin gündəlik qlobal hasilatı üzrə proqnozunu açıqlayıb.
EIA-nın aylıq hesabatına əsasən, bu il maye karbohidrogenlərin gündəlik qlobal istehsalının ortalama hesabla 102,36 mln. barel olacağı ehtimal edilir ki, bu da öncəki proqnozdan 0,07 mln. barel azdır.
Bundan başqa, EIA gələn il qlobal gündəlik neft hasilatının 104,44 mln. barel səviyyəsində olacağını ehtimal edir, bu da öncəki proqnoz göstəricidən 0,16 mln. barel azdır.
Hesabata əsasən, 2023-cü ildə maye karbohidrogenlərin gündəlik istehsalı 101,79 mln. barel olub.
Xatırladaq ki, 2022-ci ildə maye karbohidrogenlərin gündəlik qlobal istehsalı ortalama 99,99 mln. barel olub. 2021-ci ildə bu göstərici 95,7 mln. Barel, 2020-ci ildə – 93,84 mln. barel təşkil edib, 2019-cu ildə isə 100,61 mln. barelə bərabər idi. / banker.az

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Kriptovalyuta nədir və necə alınır?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Bitcoin nədir?
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes qurmaq istəyənlərə 10 məsləhət