Quru sərhədlər, ədalətli məhkəmə sistemi, dayanıqlı bank sektoru - GÜNÜN NƏBZİ

Quru sərhədlər, ədalətli məhkəmə sistemi, dayanıqlı bank sektoru - GÜNÜN NƏBZİBu gün hər hansı bir sahəyə investisiya qoymaq üçün düzgün planlama etmək vacibdir. Bəs düzgün qərar necə verilməlidir? İnsanlar daha çox hansı sahələrə investisiya qoya bilərlər?
Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, konkret sahələrdən daha çox investisiya mühitinin yaxşılaşdırılmasına ehtiyac var:
"Azərbaycanda investisiya mühitinin özünün də yaxşılaşdırılmasına ehtiyac var. Bu zaman investisiya qoymaq istəyən insanların özləri qərar verəcəklər ki, hansı sahələr daha çox perspektivlidir. Yəni Azərbaycanın spesifikasını nəzərə alsaq, əsas sahələr turizm və kənd təsərrüfatıdır. Bu sahələrdə investisiyaların potensialının olduğunu deyə bilərik. Amma burada da bəlli maneələr var. Məsələn, turizm sahəsinə investisiya qoymaq istəyən şəxslər 3 ildir quru sərhədlərinin bağlı qalmasından əziyyət çəkirlər. Quru sərhədləri bağlı olmasaydı, investorlar bu illər əzrində sərhədyanı bölgələrdə öz biznesi ilə məşğul olmaq üçün müəyyən investisiyalar qoya bilərdi".
N.Cəfərlinin sözlərinə görə, prosesin məhkəmə sistemi ilə birbaşa əlaqəsi var:
Kənd təsərrüfatında da suvarma, dəmyə torpaqları, uzunmüddətli kreditlərlə bağlı müəyyən problemlər var. Banklar tərəfindən bu sahələrdə uzunmüddətli kreditlər çox az verilir. Yəni konkret sahələrdən daha çox ümumilikdə investisiya mühitinin yaxşılaşdırılmasına ehtiyac var. Dünya praktikasını nəzərə alsaq, bunun da əsas komponentlərindən biri məhkəmə sistemidir. İlk baxışdan qəribə səslənsə də, prosesin bununla birbaşa əlaqəsi var. Məhkəmə sisteminin ədalətli və sürətli çalışması investisiya mühitinin yaxşılaşmasına və investorların güvəninin artmasına səbəb olur ki, bu da müxtəlif sahələrdə investisiyaların artmasına kömək edə bilər.
Mövzu ilə bağlı fikirlərini bölüşən ekspert Eyyub Kərimli bildirib ki, ölkədə investisiya qoyula biləcək sahələr çoxdur:
"Ümumiyyətlə, Azərbaycanda həm daxili, həm də xarici bazar baxımından investisiya qoyula biləcək sahələr çoxdur. Hesab edirəm ki, belə sahələrdən ən birincisi informasiya texnologiyaları sahəsidir. Çünki bu yöndə bizdə hələ də boşluqlar var. Burada yeni texnologiyaların yaradılması, İKT-lərin inkişaf etdirilməsi, həmçinin informasiya sahəsində proqramlaşdırmanın, yeni innovativ sahibkarlığın inkişafı, yeni texnoloji inkubatorların yaradılmasına geniş imkanlar və iqtisadi şərait var.
Ölkəmizin ən çox investisiya qoyula biləcəyi digər sahə alternativə yol açan enerji sahəsidir. Burada da ölkəmizin həm külək, həm günəş, həm də su enerjisi ilə bağlı yüksək potensialı var. Azərbaycan yeni texnologiyaların tətbiqi ilə daha böyük dəyər əldə edə bilər. Üçüncü sahə isə turizmdir. Bu sahənin genişləndirilməsi üçün investisiya qoyulması mühüm gəlirlər gətirə bilər".
Ekspert hesab edir ki, bu gün qida emalı sahəsinə də investisiya qoyulması gələcək üçün geniş imkanlar yarada bilər:
"Ölkədə hələ də tam inkişaf etməyən sahələrdən biri də qida emalı və ərzaq ixracıdır. Bu gün xeyli məhsullar var ki, onları xaricə çıxara bilmirik. Bu sahədə yeni investisiyaların tətbiq edilməsi daha mühüm imkanlar yarada bilər. Qida emalı sənayesi müəssisələrinin yaradılması ölkəmizin həm də ixrac potensialına təsir edir. Çünki bizim məhsullar çox təbiidir. Onların dünya standartlarına uyğun qablaşdırılması və xarici bazarlara çıxarılması üçün investisiya tələb olunur".
İqtisadçı-ekspert Elşad Məmmədovun sözlərinə görə, Azərbaycandakı investisiyalarda bank kreditlərinin payı olduqca azdır:
"Azərbaycanda investisiya siyasətinin həyata keçirilməsi üçün ilk növbədə ölkədə daxili özəl effektiv investisiyalar institutunun formalaşdırılmasına və inkişaf etdirilməsinə ehtiyac var. Bu istiqamətdə işlərin görülməsi üçün ölkənin bank sektorunun müvafiq qaydada maliyyələşdirilməsi prosesi həyata keçirilməlidir. Bu gün bank kreditlərinin Azərbaycandakı investisiyalarda payı kritik dərəcədə azdır. Biz ilk növbədə məhz bank sektorunu dayanıqlı və effektiv olaraq real sektora istiqamətləndirməliyik.
Hazırda dünyada mürəkkəb texnoloji dəyişikliklər prosesi gedir və bunun nəticəsində dünya iqtisadiyyatında dayanıqlı şəkildə yeni texnoloji quruluşun formalaşması prosesi baş verəcək. Proses çərçivəsində hüceyrə texnologiyaları, nanotexnologiyaları, informasiya-kommunikasiya texnologiyaları kimi aparıcı istiqamətlər var ki, ilk növbədə onlara  investisiyalar yatırılmalıdır. Çünki bunların geridönüşü daha yüksək göstəricilərlə ifadə olunur.
Bununla yanaşı, idxalın əvəz olunması istiqamətində böyük çağırışlar var. Bu çağırışlara cavab vermək üçün investisiyalar effektiv şəkildə istiqamətləndirilməlidir. Biz emalın dərinliyinə, o cümlədən, Azərbaycanın zəngin təbii sərvətləri olan neft və qaz resurslarının emalına istiqamətlənməliyik. Burada böyük imkanlar var. Düşünürəm ki, bu imkanların reallaşdırılması Azərbaycan təbii resurs bazasının daha effektiv şəkildə istifadə olunmasına yol aça bilər".
Fidan Ali,
KONKRET.az

Xəbərlər     Tarix: 20 fevral 2023

Oxşar xəbərlər

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Dövlət qulluqçuları və hərbçilərin pensiya hesablanması dəyişir

Milli Məclis dövlət qulluqçularının, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların, səlahiyyət müddətinə görə pensiya alan şəxslərin pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsi və vahid sığorta prinsip

Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda təsdiqləndi

Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Dövlət qulluqçusu artıq işləsə, əlavə pul alacaq

Dövlət qulluqçularının iş vaxtı və əlavə işə görə ödəniş mexanizmi Dövlət Qulluğu Məcəlləsinin layihəsində ayrıca göstərilib. xəbər verir ki, layihəyə əsasən, dövlət qulluğunda normal qulluq vaxtı həftədə 40 saat müəyyə

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm


iqtisadi xeberler investisiya bitkoin bitkoin qiymeti bank faizleri