"Rabitəbank" Asiya İnkişaf Bankının "Leading Partner Bank in Azerbaijan" nominasiyasının qalibi olub
(®) Asiya İnkişaf Bankının keçirdiyi "Trade and Supply Chain Awards 2024" müsabiqəsində Rabitəbank ASC "Leading Partner Bank in Azerbaijan" nominasiyası üzrə qalib olub.
3 sentyabr 2024-cü il tarixində Sinqapurda 10-cu dəfə keçirilən müsabiqə çərçivəsində müxtəlif seqmentlər üzrə təmsil olunan bankların fəaliyyəti Asiya İnkişaf Bankı tərəfindən hərtərəfli qiymətləndirilərək, mükafatlandırılıb.
"Rabitəbank" ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov müsahibəsi zamanı deyib: "Bu nüfuzlu mükafat bankın Azərbaycanda "Rahat bankçılıq!" missiyasının inkişafı istiqamətində atdığı addımların və əldə etdiyi uğurların beynəlxalq səviyyədə təsdiqinin göstəricisidir. Bu beynəlxalq mükafat münasibətilə müştərilərimizi, tərəfdaşlarımızı və əməkdaşlarımızı təbrik edirəm".
Qeyd edək ki, "Rabitəbank" ASC və Asiya İnkişaf Bankı (AİB) arasında "Ticarətin Maliyyələşdirilməsi üzrə Zəmanət Mexanizmi"nə dair əməkdaşlıq müqaviləsi mövcuddur. AİB ilə əməkdaşlıq Rabitəbankın ticarətin maliyyələşdirilməsi əməliyyatlarını gücləndirmək və müştərilərinə təkmil xidmətlər təklif etmək məqsədi daşıyır. Bu strateji tərəfdaşlıq beynəlxalq ticarət fəaliyyətlərini genişləndirmək üçün zəruri maliyyə alətləri ilə təmin etməklə biznesi dəstəklədiyini nümayiş etdirir.
Hal-hazırda "Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir. / marja.az

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
1000 manatla hansı biznesi qurmaq olar?
Cash Back nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Dünyanın ən zəngin idmançıları