Rabitəbank "Digital Card Skins" dizayn müsabiqəsinin qaliblərini mükafatlandırdı

Rabitəbank ®5 Avqust 2024-cü il tarixində  "Rabitəbank" ASC-nin yeni debet və kredit kartlarına tətbiq edilməsi üçün elan olunan "Digital Card Skins" dizayn müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. 
Müsabiqənin təşkil edilməsində məqsəd qrafik-dizayn sahəsində istedadları aşkar edərək onların ölkədə tanıdılmasına şərait yaratmaq və bu sahəyə olan marağı artırmaq olub. 
Görüş zamanı bankın İdarə Heyəti sədrinin 1-ci müavini Orhan Gültekin çıxışında qeyd edib ki, Rabitəbank öz sosial korporativ proqramı çərçivəsində davamlı şəkildə istedadlı gənclərə dəstək olur, onların gələcək karyeralarında mühüm rol oyanacaq təcrübə qazanmaq imkanını yaradır.
Daha sonra münsiflər heyəti tərəfindən seçilən 3 işin qalibi mükafatlandırılıb.
I yerin qalibi Rəsul Vəlizadə hazırladığı dizayn nümunələri Azərbaycan dahiləri və milli musiqi alətlərinin, II yerin qalibi Aydan Süleymanzadə Azərbaycanın və dünyanın tanınmış incəsənət nümayəndələrinin, görkəmli şəxsiyyətlərin, III yerin qalibi Fərid Ələmdərovun dizayn nümunələri isə Bakı şəhərinin tarixi və müasir memarlıq abidələri ilə təbiət ünsürlərinin vəhdətini özündə əks etdirib. 
I yerin qalibinə 2000 manat və 1 illik Kartmane Visa Infinite Premium debet kartı;
II yerin qalibinə 1000 manat və 1 illik Kartmane MC Black Edition debet kartı;
III yerin qalibinə 500 manat və 1 illik Kartmane debet kartı hədiyyə edilib. 
Qeyd edək ki, qalib olan dizaynlar "Rabitəbank" ASC-yə məxsus olan kartların Apple Pay və Google Pay-ə əlavə olunmuş dijital görüntüsündə öz əksini tapacaq.
Müsabiqə ilə bağlı təəssüratlarını bölüşən qaliblər yarışmanın yeni istedadların ortaya çıxarılması və təşviqi baxımından böyük bir fürsət olduğunu bildirərək təşkilatçılara təşəkkür ediblər.
Rabitəbank Rabitəbank Rabitəbank Rabitəbank Rabitəbank Rabitəbank Rabitəbank / banker.az

Banklar     Tarix: 06 avqust 2024

Oxşar xəbərlər

Sürətli pul köçürmələri ilə daxil olan vəsait 1,5 milyard manatı keçib

2026-cı ilin yanvar–sentyabr aylarında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycan banklarına 1 milyard 523,1 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövründəki 1 milyard 306,7 milyon manatla müqayisəd

"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb

"A-Qroup" sığorta şirkəti 2025-ci ilin yanvar–sentyabr aylarını 1 milyon 657 min 602 manat xalis mənfəətlə başa vurub. Şirkət 2024-cü ilin eyni dövründə 1 milyon 234 min 772 manat xalis mənfəət əldə etmişdi. Beləliklə

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb

"Kəpəz Bank Olmayan Kredit Təşkilatı" MMC ("Kəpəz BOKT") 2026-cı ilin yanvar–iyun aylarını 2 milyon 160,25 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövründə qeydə alınmış 44,74 min mana

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr – Zəfər Günü ərəfəsind

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir

Ziraat Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqi və ekoloji maarifləndirmə məqsədilə keçirilən "Təbiətin Dostları Festivalı"nın baş sponsoru olub. Mərkəzi Nəbata

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb

Avropa İnvestisiya Bankı (EIB) "Bank Respublika" ASC-nin imtiyazlı səhmlərinin sahibi olub. Bu barədə EIB-dən bildiriblər. "Başa çatmış sövdələşmə ["Bank Respublika" və "AccessBank"ın birləşməs

PAŞA Bank "ZirvədəSən 2026" Təcrübə Proqramına yekun vurub

PAŞA Bankın gənclərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirdiyi "ZirvədəSən 2026" Təcrübə Proqramı başa çatıb. Noyabrın 3-də ADA Universitetində keçirilən bağlanış mərasimində proqram iştirakçıları, mentorlar

"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarında


iqtisadi xeberler pul qazanmaq biznes xeberleri dollar məzənnəsi bitkoin