"Regional tərəfdaşların inkişafı" layihəsi davam edir - FOTOLAR

  Layihə çərçivəsində Lənkəran-Astara iqtisadi rayonundan olan sahibkarlar maliyyə resurslarına çıxış imkanları, bu sahədə mövcud dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıb.
FED.az xəbər verir ki, regionlarda fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanları, bu sahədə mövcud olan dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılması önəmlidir. Bu məqsədlə 2022-ci ildən etibarən bölgələrdə "Regional tərəfdaşların inkişafı" layihəsi həyata keçirilir.
Layihənin məqsədi sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlətin dəstək tədbirləri barədə biznes subyektlərinin və sahibkarlığa başlamaq istəyən şəxslərin məlumatlandırılması, eləcə də paytaxt və bölgələrdən olan iş adamları arasında işgüzar əlaqələrin genişləndirilməsidir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Marsol Group"un birgə təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində növbəti tədbir martın 10-da Lənkəran şəhərində keçirilib. Tədbirdə Bakı şəhərindən və Lənkəran–Astara iqtisadi rayonuna daxil olan Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı, Yardımlı, eləcə də Şirvan və Salyan rayonlarından 300-dən çox sahibkar, müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
 Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev sahibkarlara göstərilən dəstək və xidmətlər, o cümlədən dövlət tərəfindən verilən güzəştli kreditlər, subsidiyalar, bu sahədə nəzərdə tutulan yeniliklər, alternativ maliyyələşdirmə alətləri, özünüməşğulluq proqramının mikro və kiçik sahibkarlığa başlanılmasında rolu barədə məlumat veriblər. 
"Marsol Group"un direktoru Tural Mustafayev, "Kapital Bank"ın kiçik və orta sahibkarlarla iş departamentinin müdiri Nəsimi Xasıyev və "Maricel Real Estate"in rəhbəri Samir Əlizadə təmsil etdikləri şirkətlərin fəaliyyəti, sahibkarlıq sahəsində dövlət qurumları ilə əməkdaşlıq və mövcud dəstək mexanizmlərindən istifadə barədə danışıblar. 
Tədbirin davamında "Region sahibkarlarının maliyyə kanallarına çıxış imkanları və dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirə təşkil olunub. Müzakirələrdə iştirak edən KOBİA, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), Sahibkarlığın İnkişafı Fondu, Dövlət Məşğulluq Agentliyi və "Kapital Bank"ın nümayəndələri tərəfindən mövzu ilə bağlı ətraflı məlumat verilib, sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, "Regional tərəfdaşların inkişafı" layihəsi çərçivəsində ilk tədbir 2022-ci ilin dekabr ayında Şəki şəhərində keçirilib və tədbir çərçivəsində 200-dən çox sahibkar və biznesə başlamaq istəyən şəxs maliyyə resurslarına çıxış imkanları barədə məlumatlandırılıb. Dövlət Məşğulluq Agentliyi, "Kapital Bank", "Maricel Astara Resort" otel və "Moon Group" layhənin tərəfdaşlarıdır. Layihənin növbəti aylarda ölkənin digər şəhər və rayonlarında da keçirilməsi nəzərdə tutulur.

Biznes     Tarix: 10 mart 2023

Oxşar xəbərlər

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ

"Beverage Services" MMC (VÖEN: 1306760391) fəaliyyətinə xitam verilərək "Milla Dairy" MMC-yə (VÖEN: 1300995031) qoşulub. BƏƏ şirkəti Azərbaycan bazarından – GEDİR. biznes və maliyyə xəbərləri portalı xəbə

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c


iqtisadi xeberler bu gunun xeberleri bitkoin qiymeti en son xeberler dollar mezenne