"Rəsmi İrəvan hər yerdə silah axtarır" - Erməni deputat
Rəsmi İrəvan hər yerdə silah axtarır.
KONKRET.az xəbər verir ki, bunu sentyabrın 29-da parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının rəhbəri, hakim "Qrahdanskiy doqovor" partiyasından olan deputat Andranik Koçaryan parlamentdə jurnalistlərlə söhbətində deyib. O, Hindistan silahlarının tədarükü ilə bağlı məlumata münasibət bildirib.
"Ermənistan bütün ölkələrdə potensial olaraq ehtiyaclarını ödəyə biləcək silahlar axtarır. Bu ölkələr arasında Hindistan da var. Ermənistan bu silahı ölkəyə çatdırmaq üçün bütün mümkün və qeyri-mümkün vasitə və mexanizmlərdən istifadə edir", – deyə deputat qeyd edib.
Koçaryan hökumətin növbəti iclası zamanı Baş nazir Nikol Paşinyanın səs-küylü bəyanatına da toxunub.
"Beləliklə, Paşinyanın fikrincə, bir neçə yüz milyon dollarlıq ilkin sifariş düzgün verilsə də, Ermənistanın müttəfiqləri öhdəliklərini yerinə yetirməyib və onu lazımi silahlarla təmin etməyiblər.
Bu məsələləri açmaq zərurəti yarandıqda, səlahiyyətlilər bunu edəcək. O vaxta qədər belə ehtiyac yoxdur", – deyə deputat vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml