Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirildi
Sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib.
azxeber.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Əvvəlcə sazişlərin mübadiləsi oldu.
"İtaliya-Azərbaycan Universiteti üzrə ADA Universiteti və Luiss Guido Carli Universiteti arasında akademik əməkdaşlığa dair Saziş"i ADA Universitetinin rektoru professor Hafiz Paşayev və Luiss Guido Carli Universitetinin vitse-prezidenti professor xanım Paola Severino mübadilə etdilər.
"İtaliya-Azərbaycan Universiteti üzrə ADA Universiteti və Romanın Sapienza Universiteti arasında akademik əməkdaşlığa dair Saziş"i ADA Universitetinin rektoru professor Hafiz Paşayev və Romanın Sapienza Universitetinin rektoru professor xanım Antonella Polimeni mübadilə etdilər.
"İtaliya-Azərbaycan Universiteti üzrə ADA Universiteti və Turin Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair Saziş"i ADA Universitetinin rektoru professor Hafiz Paşayev və Turin Politexnik Universitetinin rektoru, professor Guido Saraçço mübadilə etdilər.
"İtaliya-Azərbaycan Universiteti ilə bağlı ADA Universiteti və Alma Mater Bolonya Universiteti arasında akademik əməkdaşlığa dair Saziş"i ADA Universitetinin rektoru professor Hafiz Paşayev və Alma Mater Bolonya Universitetinin İcraçı prorektoru professor xanım Simona Tondelli mübadilə etdilər.
"ADA Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair Saziş"i ADA Universitetinin rektoru professor Hafiz Paşayev və Milan Politexnik Universitetinin Dizayn Departamentinin direktoru professor Alessandro Deserti mübadilə etdilər.
Sənədlərin mübadiləsindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış etdi.

Mərkəzi Bank faiz qərarını verdi- Ardıcıl üç iclasda gözləmə mövqeyini seçib
"Merkuri BOKT" növbədənkənar yığıncaq keçiriləcək
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
Lizinq şirkəti BOKT yaradır
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Mərkəzi Bank növbəti iclası ilə bağlı qrafikdə dəyişiklik edib
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
AMB: nağd valyuta bazarında əhalinin banka satışları alışı $311 mln. üstələyib
Unibank Finance in Motion ilə 10 milyon avroluq saziş imzalayıb
Mərkəzi Bank müştərilərin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsi ilə bağlı açıqlama verib
İban nədir?
Ən çox gəlir gətirən onlayn bizneslər
İnstaqramda biznes qurmağın yolları
"iPhone 15" modelinin üstünlükləri
SEO nədir və Google axtarışda necə 1-ci olaq?