Rusiya bankının Azərbaycandakı törəməsi artımlar nümayiş etdirib

Rusiya bankının Azərbaycandakı törəməsi artımlar nümayiş etdiribRusiyanın iri bankının Azərbaycandakı törəməsi "VTB  Azərbaycan" ASC 2022-ci ili  11 milyon 904 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili  4 milyon 213 min manat xalis mənfəət ilə bağlamışdı. "VTB  Azərbaycan"ın xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 7 milyon 691 min manat və ya 2,8 dəfə artıb.  Xalis mənfəətin artması gəlirlərin artmasından və ehtiyatdan daha çox vəsaitin azad olmasından qaynaqlanır.
Marja.az xəbər verir ki, 2022-ci ildə "VTB  Azərbaycan"ın əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 39 milyon 230 min manat, əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 36 milyon 469 min manat, əməliyyat mənfəəti 1 milyon 916 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatdan azad olmuş 12 milyon 272 min manatın hesabına mənfəət 14 milyon 188 min manata yüksəlib.  Ötən il "VTB  Azərbaycan" 2 milyon 284 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə "VTB  Azərbaycan"ın cəmi əməliyyat gəlirləri 24 milyon 912 min manat, əməliyyat xərcləri 28 milyon 366 min manat, əməliyyat zərəri 4 milyon 291 min manat təşkil etmişdi. Mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatdan azad olmuş 8 milyon 504 min manatın hesabına zərər bağlanmışdı.
2021-ci illə müqayisədə 2022-ci ildə  "VTB  Azərbaycan"ın  faiz gəlirləri 7 milyon 227 min manat artaraq 24 milyon 918 min manata, qeyri-faiz gəlirləri isə 7 milyon 91 min manat artaraq 14 milyon 312 min manat təşkil edib. Bankın cəmi əməliyyat gəlirlərinin 14 milyon 318 min manat artmasına qarşılıq cəmi əməliyyat xərcləri 8 milyon 103 min manat artıb.
31 dekabr 2022-ci il tarixində "VTB  Azərbaycan" 238 milyon 493 min manat cəmi aktivlərə malik olub ki,  bu da 2021-ci ilin sonu ilə müqayisədə 6 milyon 166 min manat və ya 2,6% çoxdur. Bank 2021-ci ilin sonunda 232 milyon 327 min manat cəmi aktivlərə malik idi.
31 dekabr 2022-ci il tarixində "VTB  Azərbaycan" 159 milyon 775 min manat kredit portfelinə malik olub ki,  bu da 2021-ci ilin sonu ilə müqayisədə 5 milyon 311  min manat və ya 3,2% çoxdur. Bank 2021-ci ilin sonunda 165 milyon 86 min manat  kredit portfelinə malik idi. Bankın istehlak kreditləri portfeli 14 milyon 300 min manat artaraq 70 milyon 433 min manata, ipoteka kreditləri portfeli 8 milyon 774 min manat artaraq 39 milyon 156 min manata çatıb. Biznes kreditləri portfeli isə 28 milyon 385 min manat azalaraq 50 milyon 186 min manata düşüb.
31 dekabr 2022-ci il tarixində "VTB  Azərbaycan"ı 94 milyon 851 min manat cəmi depozitləri malik olub ki,  bu da 2021-ci ilin sonu ilə müqayisədə 6 milyon 71 min manat və ya 6,8 % çoxdur. Bank 2021-ci ilin sonunda 88 milyon 780 min manat cəmi depozitlərə malik idi. Ötən il fiziki şəxslərin depozitləri 9 milyon 920 min manat aratarq 63 milyon 793 min manata yüksəlib, hüquqi şəxslərin depozitləri isə 3 milyon 849 min manat azalaraq 31 milyon 58 min manata düşüb.
31 dekabr 2022-ci il tarixində "VTB  Azərbaycan" 73 milyon 594 min manat məcmu kapitala malik olub. Bank 2021-ci ilin sonunda 63 milyon 180 min manat  məcmu kapitala malik idi.
Rusiya bankının Azərbaycandakı törəməsi artımlar nümayiş etdiribRusiya bankının Azərbaycandakı törəməsi artımlar nümayiş etdiribRusiya bankının Azərbaycandakı törəməsi artımlar nümayiş etdirib

Banklar     Tarix: 27 yanvar 2023

Oxşar xəbərlər

AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®

Xalq Bank ABŞ dolları ilə təqdim olunan əmanət məhsulları üzrə illik faiz dərəcələrini artırdı. Yenilənmiş şərtlərə əsasən, bu valyutada yerləşdirilən vəsaitlər üzrə illik gəlirlilik 3%-dək yüksəldilib. Yeni faiz dərəcələr

"Bank Respublika" mühüm təyinat baş tutub

"Bank Respublika" ASC-də yeni kadr təyinatı olub. xəbər verir ki, Cəfər Həmidov bankın baş texnologiya direktoru (CTO) vəzifəsinə təyin edilib. O, 2026-cı ilin oktyabrından etibarən yeni vəzifəsinin icrasına başlayıb

ABB DigiLife onlayn jurnalını təqdim etdi

ABB daha bir rəqəmsal layihəsini – DigiLife onlayn jurnalını təqdim edib. Müxtəlif mövzularda faydalı məlumatları, maraqlı fikirləri, şəxsi təcrübələri bir araya gətirən yeni platforma hər kəsə həm oxucu, həm müəllif olma

ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkildi

ABB Azərbaycan Banklar Assosiasiyasının Bakının Müşfiqabad qəsəbəsində təşkil etdiyi növbəti ağacəkmə aksiyasında iştirak edib. Aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbayca

"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb

"Xalq Həyat" Sığorta Şirkəti ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 2 milyon 145 min 318 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 201 min 460 manat və ya 10,4% çoxdur. şirkəti

FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR

FINCA Azerbaijan 7 noyabr 2026-cı il tarixində Ağdaş şəhərində keçirilən II "Heyva Festivalı"nda iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tuta

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb

Avropa İnvestisiya Bankı (EIB) "Bank Respublika" ASC-nin imtiyazlı səhmlərinin sahibi olub. Bu barədə EIB-dən bildiriblər. "Başa çatmış sövdələşmə ["Bank Respublika" və "AccessBank"ın birləşməs

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb

"Kəpəz Bank Olmayan Kredit Təşkilatı" MMC ("Kəpəz BOKT") 2026-cı ilin yanvar–iyun aylarını 2 milyon 160,25 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövründə qeydə alınmış 44,74 min mana


iqtisadi xeberler dollar mezenne bitcoin qiymeti bitkoin dollar kursu