Rusiya Mərkəzi Bankı məlumat yaydı: Rublun məzənnəsi bazar əsaslı olacaq

Rusiya Mərkəzi Bankı məlumat yaydı: Rublun məzənnəsi bazar əsaslı olacaqRusiya Mərkəzi Bankı rublun rəsmi məzənnəsini birjadankənar bazara əsasən müəyyən edəcək. Əvvəlki kimi məzənnə bazarda formalaşacaq (bazar əsaslı olacaq). Marja.az xəbər verir ki, bu, Rusiya Mərkəzi Bankının yaydığı məlumatda bildirilir.
"Rusiya Bankı rublun rəsmi məzənnəsini birjadankənar bazara əsasən müəyyən edəcək. Valyuta məzənnəsi bazarda formalaşacaq, yalnız onun hesablanması üçün məlumat diapazonu dəyişəcək. Qeyd edək ki, həm beynəlxalq valyuta bazarı və dünyanın əksər ölkələrinin daxili valyuta bazarları birjadankənar kimi tanınır", Bankın mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Mərkəzi Bank onu da vurğulayıb ki, milli valyutanın konvertasiyası, xarici valyutanın sərbəst dövriyyəsi və bazar məzənnəsinin formalaşması üçün valyuta birja ticarəti zəruri şərt deyil.
Moskva Birjasına qarşı sanksiyalardan sonra Rusiya Mərkəzi Bankınının mətbuat xidmətinin yaydığı açıqlamadan:
- Rublun məzənnəsi əvvəlki kimi bazar əsaslı olacaq;
- Rublun əsas valyutalara məzənnəsi xarici ticarət fəaliyyətindən valyutaya tələb və təklif balansı ilə müəyyən edilir və ticarət platformasından asılı deyildir.
- Milli valyutanın konvertasiyası və xarici valyutaların sərbəst dövriyyəsi üçün valyutaların birja ticarəti zəruri deyil;
- May ayında Moskva birjasının ticarətində yuanın payı 54% təşkil edib, indi birja ticarətində əsas valyutadır;
- Honq-Konq dolları ilə ticarətin dayandırılması qərarı riskləri azaltmaq üçün qəbul edilib
Xəbər verdiyimiz kimi, ABŞ-ın Moskva Birja Qrupuna qarşı məhdudlaşdırıcı tədbirlər (sanksiya) tətbiq edib. Bununla əlaqədar olaraq, 13 iyun 2024-cü il tarixindən etibarən Moskva Birjasının valyuta bazarında ABŞ dolları, avro valyuta cütlükləri, Honq-Konq dolları ilə ticarət dayandırılıb. Digər alətlər üzrə ticarət davam edəcəkdir. 
Səhm, qiymətli metallar və törəmə maliyyə alətləri bazarlarında ABŞ dolları və avro ilə hesablaşmaları olan alətlər istisna olmaqla, bütün alətlər üzrə ticarət həyata keçirilir.
Birjadankənar bazarda ABŞ dolları və avro ilə əməliyyatlar davam etdiriləcək.
ABŞ dolları və avronun rubla rəsmi məzənnələrini müəyyən etmək üçün Rusiya Mərkəzi Rusiya Bankının 6290-U saylı Direktivinə uyğun olaraq bank hesabatlarından və birjadankənar ticarətin rəqəmsal platformalarından alınan məlumatlardan istifadə edəcək.

Maliyyə     Tarix: 13 iyun 2024

Oxşar xəbərlər

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı


iqtisadi xeberler avtomobil xeberleri internetden pul qazanmaq pul qazanmaq dollar mezenne