Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 8%-ə endirib
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 8%-ə endirib, Banker.az bu barədə "TASS"a istinadən xəbər verir. Eyni zamanda Mərkəzi Bank 2022-ci ildə Rusiyada ÜDM-in azalması proqnozunu yaxşılaşdırıb – 8-10% əvəzinə 4-6% gözlənilir.
İnflyasiya proqnozu da aşağı salınıb – 12-15% (daha əvvəl 14-17% olub). Kapital axını proqnozu isə əksinə, 151 milyard dollardan 246 milyard dollara yüksəldilib.
Xatırladaq ki, fevralın 28-də Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 9.5%-dən 20%-ə qaldırıb. Aprelin 8-də tənzimləyici uçot dərəcəsini 17%-ə endirib, aprelin 29-da isə göstəricinin dəyərini yenidən korrektə edərək 14%-ə endirib. Bu, qiymət artımının hazırkı sürətinin yavaşlaması, rublun möhkəmlənməsi və istehlak aktivliyinin azalması ilə bağlı olub.
Sonrakı mərhələdə tənzimləyici uçot dərəcəsini əvvəlcə 11%-ə, daha sonra isə 9.5%-ə endirib.
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir