Rusiya neft hasilatının yenidən azaldılmasına ehtiyac görmədiyini açıqladı
Rusiya baş nazirinin müavini Aleksandr Novakın sözlərinə görə, qlobal xam neft bazarı tarazlıqda olduğundan və əsas hasilatçıların artıq razılaşdıqlarından əlavə neft hasilatının azaldılmasına ehtiyac görmürlər.
Banker.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayır.
Aprelin əvvəlində OPEC+ istehsalçıları Rusiyadan gələn əvvəlki məhdudiyyətlərə əlavə olaraq, gündəlik hasilatı 1 milyon bareldən çox azaldacaqlarını elan etmişdilər. Bu hadisə birjalarda neft qiymətlərində qısa mövqedə dayanan treyderlər üçün böyük itkiyə səbəb olmuşdu və Brent nefti bazar ertəsinə 85 dollara qədər yüksəlmişdi.
"Biz bu qərarı bir ay əvvəl qəbul etdik və bu, may ayından etibarən azalmalara könüllü qoşulan ölkələr üçün qüvvəyə minəcək", – Novak Moskvada deyib. O əlavə edib ki, könüllü ixtisarlar balansın pozulması halında bazara dəstək olacaq.
Novak açıqlamada deyib ki, Rusiyanın aprel ayında "söz verildiyi kimi" öz xam neft hasilatı, gündəlik 500 min barel azaldıb. Novakın sözlərinə görə, ölkənin ümumi xam neft və kondensat hasilatı bu il 20 milyon ton azalaraq 515 milyon tona və ya gündə 10.34 milyon barelə bərabər olacaq.
Xatırladaq ki, hazırda ABŞ-dən gələn "resessiya" qorxusu neftin qiymətini ötən gün yenidən 82 $/bll-dən, 78$/bll-ə qədər uczulaşdırdı.

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Biznes plan necə yazılır?
Biznesə aid ən yaxşı 10 kitab
Start-up nədir?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Yatırım olmadan necə biznes qurmaq olar?