Rusiya şirkətləri ilə müqavilə bağlanıb, 60 ton quru tütün ixrac olunub

Rusiya şirkətləri ilə müqavilə bağlanıb, 60 ton quru tütün ixrac olunubYaponiyanın "Tet İnternational Development" şirkətinin törəmə müəssisəsi olan "Zaqatala AGRO İndustry" MMC-nin tütünqurutma məntəqəsində 2022-ci ildə 311 ton quru tütün istehsal edilib. Rusiya şirkətləri ilə bağlanmış müqaviləyə əsasən, ötən ilin sonunadək bu ölkənin bazarlarına 60 ton quru tütün ixrac olunub və proses hazırda davam etdirilir.
"Tet İnternational Development" şirkəti Azərbaycanda 4 ildir ki, fəaliyyət göstərir. Əsasən kənd təsərrüfatı sahəsinə sərmayələr qoyan şirkət ölkəmizdə tütünçülüyün inkişafı ilə bağlı bir sıra layihələr həyata keçirir. Hazırda Azərbaycanda şirkətin 4 tütünqurutma müəssisəsi işləyir. Bu müəssisələr Oğuz, Tovuz, Şəki və Zaqatala rayonlarında yerləşir. Şirkətin törəmə müəssisəsi olan "Zaqatala AGRO İndustry" MMC-nin tütünqurutma məntəqəsi bu müəssisələr içərisində ən böyüyüdür.
Yaponiya şirkəti tərəfindən Zaqatala rayonunda emal müəssisəsinin tikintisinə 2021-ci ilin yanvarında başlanılıb və iyulda istifadəyə verilib. Məntəqədə 120 tütünqurutma kamerası var. Fermerləri tütün şitilləri ilə təmin etmək üçün məntəqənin özündə 48 ədəd istixana quraşdırılıb. Torpaq mülkiyyətçilərinin işini asanlaşdırmaq məqsədilə müəssisəyə Türkiyədə istehsal olunan şitilvuran aqreqatlar da gətirilib və tütün əkini zamanı fermerlərin istifadəsinə verilir.
Müəssisənin istehsalat rəisi Rəhim Kələşovun verdiyi məlumata görə, tütün istehsalı ilə əlaqədar 2022-ci ildə Zaqatala, Qax, Şəki və Balakən rayonlarında 42 fermerlə müqavilə bağlanılıb, onlara şitil yetişdirmək üçün pulsuz toxum verilib. Ötən il müəssisə tərəfindən Zaqatala rayonunda 154,5 hektar, Qaxda 101,5 hektar, Şəkidə 55 hektar, Balakəndə 15 hektar olmaqla, ümumilikdə, 326 hektar sahədə "Virciniya botaniki" növlü tütün əkilib. Mövsüm vaxtı hər gün məntəqəyə qurudulmaq üçün orta hesabla 25-30 ton yaşıl tütün kütləsi daxil olub. Ötənilki mövsümdə müəssisədə 55 nəfər daimi və 80 nəfərədək mövsümi işçi çalışıb.
İstehsalat rəisinin sözlərinə görə, 2023-cü ildə "Zaqatala AGRO İndustry" MMC tərəfindən rayonlarda 420 hektar sahədə "Virciniya botaniki" növlü tütün əkilməsi proqnozlaşdırılır. Hazırda müəssisənin istixana təsərrüfatında şitil yetişdirilməsi üçün hazırlıq işləri görülür. Fevralın 5-dən yer, ayın 20-dən isə su şitillərinin yetişdirilməsinə başlanılacaq.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac / marja.az

Maliyyə     Tarix: 24 yanvar 2023

Oxşar xəbərlər

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət


iqtisadi xeberler valyuta xeberleri bitkoin qiymeti kicik biznes depozit faizleri