Rusiyanın məşhur telekanalında Azərbaycana qarşı təxribat törədildi

Rusiyanın məşhur telekanalında Azərbaycana qarşı təxribat törədildiRusiya Dövlət Dumasının fəaliyyətini işıqlandıran "Duma TV"də Azərbaycana qarşı təxribat törədilib.
APA-nın verdiyi məlumata görə, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Sülhməramlı Qüvvələrinin müvəqqəti nəzarətində olan Laçın şəhərinin, Sus və Zabux kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılması, Azərbaycan Ordusunun Laçında yerləşməsi ilə bağlı bəyanatından sonra "Duma TV"də "Dağlıq Qarabağda Azərbaycan Ordusu yerləşdirilib" başlıqlı hərbi tarixçi, politoloq Nikita Buranovun açıqlaması yayılıb.
Səs yazısı formatında olan açıqlamada əvvəldən axıra qədər anti-Azərbaycan mövqe əks olunub. Belə ki, dırnaqarası "hərbi tarixçi" və "politoloq" N.Buranov Azərbaycanın əzəli torpağı olan Qarabağı hərbi güclə zəbt etdiyini və bundan təəssüfləndiyini bildirib:
"Azərbaycan hər zaman öz məqsədini açıq bəyan edib, heç vaxt Qarabağı zəbt etmək məqsədini gizlətməyib. Təəssüf ki, son hadisələr göstərir və sübut edir ki, Azərbaycan istisnasız olaraq hərbi yolla buna nail olacaq. Onlar istisnasız olaraq bu məsələnin hərbi yolla həllinə ümid edirlər. Hətta orada yerləşdirilən Rusiya sülhməramlıları da kifayət qədər gücə malik deyillər. Bunun səbəbi onların ağır silahlarının olmamasıdır. Gördüyümüz kimi, Azərbaycan tərəfi heç bir güzəştə getməyə hazırlaşmır, "DQR" üzərində tam nəzarəti ələ keçirməyə çalışır".
Dırnaqarası politoloq bir az da irəli gedərək Qarabağdakı vəziyyəti ermənilərin Birinci Dünya müharibəsindəki düşdükləri vəziyyətə bənzədir, Azərbaycanın Ermənistanın mövcudluğu ilə barışmaq istəmədiyini, Naxçıvana dəhliz istədiyini, Qazaxıstanla razılaşdığını bildirir.
Rusiyalı "tarixçi" bütün bunların "Böyük Turan" ideyasının tərkib hissəsi olduğunu iddia edib. Buranov baş verənlərin ilk növbədə Rusiyanın təhlükəsizliyi üçün çox ciddi çağırış olduğunu söyləyib.
"Politoloq" Ukrayna probleminin olmasına baxmayaraq, ölkəsinin xüsusi xidmət strukturlarını Rusiyanın türk regionlarına xüsusi diqqət yetirməyə çağırıb.
Rusiya parlamentinin televiziya kanalında Azərbaycan əleyhinə materialın yayımlanması iki ölkə arasındakı strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinə ziddir. Erməni diasporu tərəfindən maliyyələşən bu cür dırnaqarası "hərbi tarixçi" və "politoloq"ların Azərbaycanla Rusiya arasındakı mehriban qonşuluq əlaqələrinə zərbə vurmaq istəyi təəccüb doğurmur. Lakin Rusiya dövlətinin idarəçilik qanadlarından biri olan parlamentin - Dumanın televiziya kanalında Rusiya Federasiyasının dövlət mövqeyinə zidd informasiyanın yayılması təəccüb və təəssüf doğurur.
Ona görə də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə "Rossiya 1" televiziyasına verdiyi müsahibədən bir sitatı "Duma TV"nin redaksiya heyətinə xatırlatmaq istəyirik:
"Qarabağ hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi olub. Azərbaycan özünün və bütün dünya ictimaiyyətinin Azərbaycan ərazisi hesab etdiyi torpaqları geri alıb".

Xəbərlər     Tarix: 26 avqust 2022

Oxşar xəbərlər

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət


iqtisadi xeberler valyuta kurslari bu gunun xeberleri birbank bitkoin almaq