Rusiyaya görə ikinci əl avtomobillərin qiyməti KƏSKİN UCUZLAŞDI
Yaponiyada ikinci əl avtomobillərin qiyməti kəskin ucuzlaşıb.
KONKRET.azxarici KİV-ə istinadən xəbər verir ki, bu barədə işlənmiş avtomobillərin hərracı ilə məşğul olan Yaponiyanın USS şirkəti məlumat yayıb.
Qeyd olunub ki, bu tendensiya ardıcıl iki aydır qeydə alınıb.
Təşkilatın məlumatına görə, avqustda hərraclarda avtomobillərin orta qiyməti bir milyon yendən çox, təxminən 6,8 min dollar olub. 2022-ci ilin eyni dövrü ilə müqayisədə bu rəqəm 6,9% azdır.
Buna səbəb kimi ekspertlər avqustun 9-da Rusiyaya avtomobillərin ixracına əlavə məhdudiyyətlərin qüvvəyə minməsini göstərir.
Qeyd edək ki, Rusiya Yaponiyanın işlənmiş avtomobillərinin əsas bazarı olduğundan, artıq oraya gətirilməyən maşınlar indi yerli bazara daxil olacaq və qiymətləri aşağı salacaq.
Xatırladaq ki, Yaponiyanın qadağası mühərrikinin həcmi 1,9 litrdən çox olan avtomobillərə şamil edilir. Eyni siyahıya hibrid mühərrikli avtomobillər və yük maşınları üçün təkərlər də daxildir.
İqbal Rzayev,
KONKRET.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Françayzinq nədir və necə olur?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Shopify-da necə satışa başlamaq olar?
Bill Qeyts kimdir?
SWIFT nədir?