Rusiyaya qarşı yeddinci sanksiyalar paketinin tərkibi açıqlanıb

Rusiyaya qarşı yeddinci sanksiyalar paketinin tərkibi açıqlanıbAvropa İttifaqı (Aİ) Ukraynada keçirilən hərbi əməliyyatla əlaqədar Rusiyaya qarşı yeddinci sanksiyalar paketini dərc edib. Sənəd Aİ-nin rəsmi jurnalında dərc olunub. Bildirilir ki, sanksiyalar siyahısında Rusiya baş nazirinin birinci müavini Andrey Belousov, Moskva meri Sergey Sobyanin, "Gecə qurdları" motosiklet klubunun prezidenti Aleksandr Zaldastanov (Cərrah) və başqaları var.
Banker.az bu barədə "Secretmag"a istinadən xəbər verir.
Siyahıya həmçinin daxil olublar:
– Uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belova,
– Kemerovo vilayətinin qubernatoru Sergey Tsivilev,
– Prezidentin Şimali Qafqaz Federal Dairəsindəki (NCFD) daimi nümayəndəsi Yuri Çayka,
– "Rostex"in rəhbərinin oğlu Stanislav Çemezovun,
– Dövlət Dumasının deputatı Adam Delimxanov,
– "Yunarmiya" vətənpərvərlik hərəkatının üzvləri,
– "Russkiy Mir" fondu,
– A.M. Qorçakov adına İctimai Diplomatiya Fondu,
– aktyorlar Sergey Bezrukov və Vladimir Maşkov.
Bundan əlavə, iyulun 22-dən Avropa İttifaqı Rusiya qızıl və zərgərlik məmulatlarının alınması, idxalı və ya ötürülməsinə qadağa qoyub.
Eyni zamanda məlum olub ki, Aİ Rusiyanın Avropa ölkələrinə titan ixracını dayandıracağından ehtiyat etdiyi üçün Fransa və bir sıra digər ölkələrin etirazları fonunda "VSMPO-Avisma" korporasiyasına qarşı sanksiyalar tətbiq etməməyə qərar verib.
Bundan əvvəl Avropa İttifaqı aviasiya sənayesi üçün malların Rusiyaya tədarükünə qoyulan qadağanı aradan qaldırıb. Həmçinin Aİ Şurasının bəyanatına görə, bu tədarüklərə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) təhlükəsizlik standartlarını təmin etmək üçün lazım olan dərəcədə icazə veriləcək.

Xəbərlər     Tarix: 22 iyul 2022

Oxşar xəbərlər

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir


iqtisadi xeberler biznes krediti biznes ideyalari rubl mezenne emlak xeberleri