Ruslan Əliyev: "Qarabağın qazlaşması planına dəyişikliklər olunacaq
"İşğaldan azad olunmuş ərazilərin qazlaşması planına dəyişikliklər olunacaq".
azxeber.com xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində çıxışında bildirib.
O bildirib ki, əvvəl bu planda rayonlar üzrə adlar salınıb, lakin indi prosesin bölgələr üzrə aparılması ilə bağlı dəyişikliklər edilir.
R.Əliyev onu da əlavə edib ki, bu gün Qarabağ bölgəsində ilk qaz xəttinin hansı kəndə və ya hansı şəhərə veriləcəyini demək çətindir:
"Planda Ağdam və Füzuli nəzərdə tutulmuşdu, ancaq çox güman ki, o planda dəyişiklik olacaq".
Onun sözlərinə görə, planla qazlaşma işləri 2022-də başlamalı idi, lakin hələ ki "Azəriqaz" tərəfindən işğaldan azad olunmuş ərazilərdə fiziki işlər başlanılmayıb, ancaq layihələndirmə işləri aparılıb.
"İlkin növbədə oraya yüksək təzyiqli magistral kəmər çəkilməlidir ki, ondan sonra biz pərakəndə satışı həyata keçirmək üçün digər kəmərlərin çəkilişini həyata keçirək".
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind