Ruslara əmanətləri xarici valyutada saxlamaq tövsiyə edildi - Dolların bahalaşması davam edə bilər

Ruslara əmanətləri xarici valyutada saxlamaq tövsiyə edildi - Dolların bahalaşması davam edə bilərBu il ABŞ Mərkəzi Bankının (FED) faizlərini son 40 ildə ən sürətli şəkildə artırması, eləcə də kapitalın Avropadan ABŞ-a axması fonunda dollar daha da bahalaşıb.
Marja xəbər verir ki, "Sovcombank"ın baş analitiki Mixail Vasilyev bildirib ki, 2023-cü ildə də FED hazırkı kursunu davam etdirsə və proqnozlaşdırılan qlobal tənəzzül reallaşsa, Dolların bahalaşması tendensiyası davam edə bilər.
Bir çox iqtisadçı hesab edir ki, geosiyasi ziddiyyətlər, deqloballaşma, dünyada onilliklər ərzində rekord səviyyəyə çatan inflyasiya, yığılmış borclar, enerji və ərzaq böhranları fonunda aparıcı mərkəzi bankların faiz dərəcələrini sürətlə artırmaları, eləcə də Çində koronavirusa qarşı sərt tədbirlər qlobal iqtisadi tənəzzülə səbəb olacaq. Və bu ssenaridə xammal qiymətlərinin düşməsi və qlobal investorların "etibarlı sığınacaq" olan dollara keçmələri ehtimalı var.
"Biz 2023-cü il üçün proqnoza Urals markalı neftin qiymətinin bir barel üçün 60 dollara düşməsini də daxil edirik. Lakin dünyada tənəzzül daha dərin olarsa, neftin qiyməti proqnoz daha da aşağı düşəcək", - ekspert hesab edir.
Onun fikrincə, bunun fonunda Rusiya rublunun ucuzlaşması və bir dolların 70 rubla qədər bahalaşması ehtimalı var.
Rubla təzyiq Rusiyanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisitinin azalması ilə bağlı olacaq: qlobal tənəzzül və yeni sanksiyalar (Dekabrın 5-dən Rusiya neftinə qiymət tavanı və idxalına embarqo tətbiq ediləcəyi gözlənilir) səbəbindən ixrac gəlirləri azalacaq.  "Ona görə də əmanətlərinizin bir hissəsini xarici valyutada saxlamaq məqsədəuyğundur", - Vasilyev tövsiyə edib. / marja.az

Maliyyə     Tarix: 02 dekabr 2022

Oxşar xəbərlər

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc


iqtisadi xeberler iqtisadiyyat xeberleri online pul qazanmaq dollar məzənnəsi 1000 manatla biznes