Sabirabadda körpü uçdu, kəndlərlə əlaqə məhdudlaşdı - FOTO

Sabirabadda körpü uçdu, kəndlərlə əlaqə məhdudlaşdı - FOTOSabirabadda kollektor (kənd təsərrüfatında qurutma şəbəkəsinin tənzimləyici hissəsindən suyu qəbul edib, qurudulan ərazidən kənar edən drenaj borusu və ya kanal – red) üzərindəki körpü qəzalı vəziyyətə düşüb, yaşayış məntəqələri ilə əlaqə məhdudlaşıb.
KONKRET.az "Report"a istinadən xəbər verir ki, rayonun Sarxanbəyli kəndi ərazisindəki ikinci Küryanı kollektorun üzərindəki körpü 1952-ci ildə inşa edilərək istifadəyə verilib. Üç aşırımlı, 9 dəmir-beton dayaqdan ibarət olan körpünün uzunluğu 30 metrə yaxın, eni isə 6 metrdir. Körpüdən o taylı – bu taylı 14 yaşayış məntəqəsinin əhalisi istifadə edir. Əhalinin əsas əkin sahəsi kollektorun cənub hissəsindədir.
Kollektorun üzərindəki körpü üç il bundan əvvəl yük maşınlarının intensiv hərəkəti nəticəsində qəzalı vəziyyətə düşüb. Bu ilin iyulunda isə onun orta hissəsi uçub, nəticədə böyük oyuq yaranıb.
Sakinlərin sözlərinə görə, körpü uçduqdan sonra yaşayış məntəqələri ilə əlaqə məhdudlaşıb. Körpünün belə vəziyyətdə olması əsasən əkinçiliklə məşğul olan sakinlər üçün ciddi problemlər yaradıb.
Pambıq sahələri kollektorun digər hissəsində olduğundan təsərrüfat işləri ilə məşğul olan sakinlər öz sahələrinə gedib-gəlməkdə çətinlik çəkir. Kənd təsərrüfatı texnikalarını çayın digər sahilinə keçirmək mümkün olmur. Bu gün sabah kütləvi pambıq yığımına start veriləcəyi təqdirdə təsərrüfat sahibləri nə edəcəyini bilmirlər. Problemlə bağlı aidiyyəti qurumlara müraciət olunsa da, nəticəsiz qalıb.
Kollektora cavabdehlik daşıyan Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, Meliorasiya və Su Təsərrüfatı ASC körpünün qəzalı olması barədə məlumatlandırılıb.
Cəmiyyətin mütəxəssisləri idarənin mütəxəssisləri ilə birlikdə körpüyə baxış keçiriblər. Qəzalı olduğundan köhnə körpünün yanında yeni körpünün tikintisi üçün layihə hazırlanıb. Gələn ilin əvvəllərində vəsait ayrılan kimi yeni körpünün tikintisinə başlanılacaq.
Sabirabadda körpü uçdu, kəndlərlə əlaqə məhdudlaşdı - FOTOSabirabadda körpü uçdu, kəndlərlə əlaqə məhdudlaşdı - FOTO

Xəbərlər     Tarix: 09 sentyabr 2022

Oxşar xəbərlər

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v


iqtisadi xeberler internetden pul qazanmaq avtomobil xeberleri bitcoin valyuta kurslari