Sahibkarlar KOB evlərinə gəlmədən onlayn növbə götürə bilərlər

Sahibkarlar KOB evlərinə gəlmədən onlayn növbə götürə bilərlərKOB evlərinin xidmətlərindən istifadə edən sahibkarlar oraya gəlmədən onlayn növbə götürə bilərlər.
Bu barədə FED.az-a İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Bildirilir ki. bunun üçün sahibkarlar "Android" ("GooglePlay") və "İOS" ("AppStore") əməliyyat sistemləri ilə çalışan mobil qurğularına "KOB növbə" tətbiqini yükləməlidir. Tətbiqi yüklədikdən sonra sahibkar şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil etməklə qeydiyyatdan keçə və şəxsi kabinetini yarada bilər. Sahibkarlar "KOB növbə" tətbiqi vasitəsilə KOB evlərinə gəlmədən növbə götürə və mərkəzə daha yaxın ərazidə olduqda növbəsini aktivləşdirə bilər.
"KOB növbə" tətbiqini yükləmək üçün linklər:
İOS - 
Android - 
"KOB növbə" tətbiqi sahibkarlara növbələrini olduqları yerdə gözləməyə və bununla da vaxtlarına qənaət etməyə imkan verir.
Qeyd edək ki, Bakı, Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərən KOB evlərində orta hesabla hər gün 250-yə yaxın sahibkara xidmət göstərilir. Sahibkarlar müxtəlif qurumlara getmədən, yalnız KOB evlərinə müraciət etməklə biznes fəaliyyəti ilə bağlı zəruri xidmətləri KOB evlərində ala bilərlər. Ümumilikdə KOB evlərində sahibkarlara dövlət qurumları tərəfindən 300-dən çox (sahibkarlıq fəaliyyəti üçün zəruri olan lisenziya, icazə, mənşə sertifikatı və digər sənədlərin alınması, vergi və gömrük məsələləri, kommunal xidmətlər, biznesin maliyyələşdirilməsi və s.), özəl qurumlar tərəfindən isə 100-dən artıq (bank, sığorta, logistika, yükdaşıma xidmətləri və s.) adda xidmətlər təqdim edilir.

Biznes     Tarix: 28 iyun 2024

Oxşar xəbərlər

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı

Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR

"Ses 2026" MMC (VÖEN: 1407814331) nizamnamə kapitalını azaldır. Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını 6 milyo

Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR

"Mars Overseas Baku LTD" MMC (VÖEN: 99006521) nizamnamə kapitalını azaldır. Böyük Britaniya şirkəti Azərbaycan bazarını – TƏRK EDİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nizamnamə kapitalı 116 milyo

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, o cümlədən reklam fəaliyyəti ilə məşğul olmaq haqqında məhdudiyyətlər nəzərdə tutulacaq. xəbər verir ki, bu barədə "Maraqlar toqquşması haqqında" yeni qanu

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, "Azərbaycan Respublikasını

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını


iqtisadi xeberler telefonla pul qazanmaq depozit faizleri 1000 manatla biznes birbank