Şahin Bağırov gömrük borclarının məbləğini açıqlayıb
"2022-ci ilin ikinci yarısında xarici iqtisadi fəaliyyət iştirakçılarına bildirişlərin göndərilməsi, onların müvəkkil bank hesablarına Komitə tərəfindən sərəncamların qoyulması, həyata keçirilmiş bir sıra nəzarət tədbirləri nəticəsində 30 dekabr 2022-ci il tarixə gömrük borcları 88 milyon manat azalaraq 38 milyon 486 min manat olub".
Marja xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib.
Bağırov qeyd edib ki, 2022-ci ildə büdcə öhdəliyinə nəzərdə tutulan proqnozdan artıq əməl olunub. İlk dəfə dövlət büdcəsinə faktiki olaraq 5 milyard 654 milyon manat vəsait köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 1 milyard 49 milyon manat artıq deməkdir.
2021-ci illə müqayisədə 2022-ci ildə xarici ticarət dövriyyəsi 52,6 milyard ABŞ dolları olmaqla 55%, o cümlədən ixrac 38,1 milyard ABŞ dolları olmaqla 71,5%, idxal 14,5 milyard olmaqla 24,2% artıb. Ötən il ölkəmizin qeyri-neft məhsullarının ixracı 2,9 milyard ABŞ dolları olmaqla, 2021-ci illə müqayisədə 10,3% artıb.
Ötən il idxalın əlavə dəyər vergisinə cəlb edilən bazası 80,77%, azadolmaların xüsusi çəkisi 19,23%, gömrük rüsumuna cəlb edilən baza 43,28%, gömrük rüsumu üzrə azadolmaların xüsusi çəkisi 56,72% təşkil edib. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Start-up nədir?
Ev şəraitində pul qazanmağın yolları
Fond birjası nədir?
IMEI kod nədir?
Evdə biznes qurmağın yolları