Saraylar, brilliantlar və atlar: II Elizabetin aktivləri üzrə bələdçi

Saraylar, brilliantlar və atlar: II Elizabetin aktivləri üzrə bələdçiII Elizabet sağ olanda nə qədər qazanıb, niyə monarx heç vaxt "Forbes" siyahısına daxil olmayıb və Bukenhem sarayının dəyəri nə qədərdir?
"Ağızda qızıl qaşıqla doğuldu" ifadəsi Arçi Harrison Mauntbetten-Vindzor haqqındadır, çünki şahzadə Harri və onun həyat yoldaşı Meqan Marklın övladının ulu nənəsi Böyük Britaniya kraliçası II Elizabetdir. O, sentyabrın 8-də dünyasını dəyişib, bununla belə, dünyanın ən güclü monarxının sərvəti nə qədərdir?
1953-cü ildə Böyük Britaniya krallığına rəhbərlik edən II Elizabet bir neçə saraya sahib olsa da, "Cartier" zərgərlik əşyalarını taxsa da, heç vaxt dollar milyarderi olmayıb. 2019-cu ildəki məlumata görə, monarxın sərvəti 500 milyon dollara yaxın olub. Bununla belə, istənilən milyarder II Elizabetin həyat tərzinə həsəd aparardı.
Saraylar, brilliantlar və atlar: II Elizabetin aktivləri üzrə bələdçiKraliça Şotlandiyadakı Balmoral qalası və İngiltərənin şərqindəki Norfolkdakı Sandringham sarayı kimi bir neçə mülkə birbaşa sahib idi. Kral ailəsinin, o cümlədən Bukinhem sarayının ən qiymətli aktivləri Tac Mülkiyyəti adlı xüsusi qurum tərəfindən idarə olunur. O, nə kraliçanın, nə də Britaniyan hökumətinin nəzarəti altında deyil.
Əgər II Elizabet Tac Mülkiyyətinə, eləcə də Lankaster Hersoqluğuna sahib olsaydı, o, 25 milyard dollardan çox sərvətlə ölkənin ən varlı adamı və dünyanın üçüncü ən varlı qadını olacaqdı.
Elizabetin böyük oğlu şahzadə Çarlz sərvətinin dəyərinə görə anası ilə rəqabət apara bilməz. Uels şahzadəsi Kornuol hersoqluğundan illik gəlir əldə edir. O, 53.000 hektar torpaq sahəsi və dəyəri 450 milyon dollardan çox olan daşınmaz əmlak fondu tərəfindən idarə olunur.
Saraylar, brilliantlar və atlar: II Elizabetin aktivləri üzrə bələdçiBütün dünyanın kral ailəsinə heyran olmasına baxmayaraq, Britaniyada II Elizabetin və onun övladlarının xərclərinin vergi ödəyicilərinin üzərinə ağır yük olduğunu düşünən skeptiklər var. "Brand Finance"in idarəedici direktoru Riçard Heyq deyir ki, bu tənqidlər yersizdir: "Keçən il biz belə nəticəyə gəldik ki, şahzadə Harri və Meqan Marklın Vindzor qəsrindəki toyu İngiltərə iqtisadiyyatına təxminən 1.5 milyard dollar qazandırıb".
Kral ailəsi rəqəmlərdə
Daşınmaz əmlak
$4.7 milyard – bu, "Luxent" şirkətinin analitiklərinin hesablamalarına görə, Bukenhem sarayının dəyəridir.
$600 milyon – bu, kraliça Viktoriyanın uşaqlığını keçirdiyi Kensinqton sarayının dəyəridir. O, üç əsr ərzində kral ailəsinin gənc üzvlərinin iqamətgahı olmuşdur.
$18.7 milyard – bu, Tac Mülkiyyətinin daşınmaz əmlak portfelinin dəyəridir. Texniki olaraq bu portfel kraliçaya məxsus olsa da, onun bu mülkiyyəti satmaq hüququ olmayıb.
$1.3 milyard – bu, Kornuol hersoqluğunun aktivlərinin dəyəridir. Bu portfelə Silli adaları, Londondakı kommersiya obyektləri və Uelsdəki Luynevermude daxildir.
$740 milyon – bu, Lankaster hersoqluğunun aktivlərinin dəyəridir. Portfelə İngiltərə və Uelsdəki 18 min hektar torpaq sahəsi, o cümlədən 1512-ci ildə tikilmiş Savoy sarayının kral kapellası, əhəngdaşı və qum çuxurları daxildir.
Saraylar, brilliantlar və atlar: II Elizabetin aktivləri üzrə bələdçiBiznes və filantropiya
$428.2 milyon – bu, Kraliçaya deyil, Böyük Britaniya Xəzinədarlığına köçürülən Tac Mülkiyyətinin 2018-ci ildəki mənfəətidir.
$146.5 milyon – bu, şahzadə Çarlzın xeyriyyə fondlarına məxsus aktivlərdir.
$46.7 milyon – şahzadə Çarlz Fondunun 2018-ci ildə xeyriyyəçilik üçün xərclədiyi məbləğdir.
$31.5 milyon – bu, şahzadə Diananın malikanəsinin dəyəridir. Vəsiyyətnaməyə əsasən, aktivlərin böyük hissəsi mərhumun oğulları, şahzadələr Uilyam və Harriyə çatıb.
1762 – bu, Tac Mülkiyyətinin suüstü külək turbinlərinin sayıdır.
Saraylar, brilliantlar və atlar: II Elizabetin aktivləri üzrə bələdçiHəyat tərzi
200 milyard – bu, kraliça II Elizabetin təsviri ilə istehsal olunan poçt markalarının sayıdır. 1967-ci ilin rəsmi tarixin ən çox təkrarlanan sənət əsəri hesab olunur.
$17.627 milyon – bu, 2006-cı ildə "Christie"s" auksionundakı II Elizabetin bacısı şahzadə Marqaretin kolleksiyasından zinət əşyalarının dəyəridir. Lotlara həmçinin kraliça Viktoriyanın xəzinədarının həyat yoldaşı ledi Poltimor üçün yaradılmış "Poltimor" diademi də daxil idi. O, 1.7 milyon dollara satılmışdı.
$2 423 milyon – bu, 1993-cü ildə "Mavi Mavriki" markasının satıldığı məblədir. Onun eynisi kral ailəsinin filateliya kolleksiyasında saxlanılır. Bu kolleksiya əfsanəvidir – heç kim onun dəyərini ölçməyə belə cəhd etmir.
$1 039 – bu, Kraliçaya məxsus olan və 2018-ci ilin sentyabrında "Bonhams" tərəfindən satılan 1955-ci il istehsalı "Rolls-Royce Phantom IV" avtomobilinin hərrac qiymətidir. Bir il əvvəl Kraliçanın sifarişi ilə istehsal olunmuş 2001-ci ilin "Daimler Super V-8" 55 575 dollara, 2016-cı ilin noyabrında isə şahzadə Diananın sevimli avtomobili olan 1994-cü ilin "Audi Cabriolet" 59 500 dollara satılıb.
$222 500 dollar – bu, 1997-ci ildə şahzadə Diananın Ronald Reyqanın Ağ evdə təşkil etdiyi şam yeməyinə geyindiyi paltarın qiymətidir.
$25 277 – bu, şahzadə Corcun Coanna və Devid Tomas məktəbində təhsil almasına çəkilən xərcdir.
23 578 – bu, London Qülləsində kral reqaliyası kimi nümayiş olunan qiymətli daşların sayıdır.
$7500 – bu, 2014-cü ilin dekabrında "Julien"s" hərracında şahzadə Uilyam və Keyt Midltonun toyundakı tortun bir diliminin qiymətidir. Qeyd edək ki, ümumilikdə tortun hündürlüyü 2.7 metr, çəkisi isə 226 kilo olmuşdur.
$3900 – bu, 1935-ci ildə şahzadə Elizabetə məxsus olan və 2018-ci ilin dekabrında satılan kuklanın qiymətidir.
1306 – bu, 1944-cü ildə olan məlumata görə, Birləşmiş Krallıqda qeydə alınmış korqi itlərinin sayıdır. Şahzadə Elizabetin 18 yaşı olanda ad günündə hədiyyə olaraq bu cinsdən it alıb.
800 – bu, kral sarayında təchizatçı statusuna malik olan şirkətlərin sayıdır. "Brand Finance"a görə, bu status şirkətə ümumi gəlirin 5%-ə qədərini qazandıra bilər.
Saraylar, brilliantlar və atlar: II Elizabetin aktivləri üzrə bələdçiII Elizabet sentyabrın 8-də günortadan sonra kral ailəsinin Şotlandiyadakı iqamətgahında – Belmoral qəsrində vəfat edib. Onun 96 yaşı olub. Bu il Böyük Britaniya kraliçanın hakimiyyətinin 70-ci ildönümünü qeyd edib. Sentyabrın 13-də II Elizabetin cəsədi Bukinhem sarayına çatdırılıb.

Maraqlı     Tarix: 17 sentyabr 2022

Oxşar xəbərlər

iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?

iPhone 17 Pro Max-ın 6,9 düymlük 120 Hz ekranı, A19 Pro çipi, üç 48 MP-lik arxa kamerası və 39 saata qədər video izləmə müddəti Apple-ın rəsmi texniki məlumatlarında göstərilir. ABŞ-da başlanğıc qiyməti 256 GB üçün 1 19

"McDonald’s Azərbaycan" Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO

"McDonald’s Azərbaycan" şəbəkəsini genişləndirərək paytaxt sakinlərini sevindirməyə davam edir: şirkətin 35-ci restoranı Badamdar qəsəbəsində, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 210-cu giriş ünvanınd

Meta "Muse Spark 1.3" süni intellekt modelini istifadəyə verib

"Meta Platforms" indiyədək hazırladığı ən güclü süni intellekt modeli kimi təqdim etdiyi "Muse Spark 1.3"ü istifadəyə verib. Marja xəbər verir ki, Şirkətin Süni İntellekt üzrə Baş direktoru Aleksandr Van

Peşə təhsilində yeni mərhələ – Dağ-mədən üzrə rəqəmsal kurs təqdim olunacaq

"AzerGold" QSC-nin dəstəyi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Aspire EdTech" şirkətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə "Dağ-mədən işləri üzrə mütəxəssis"

Artım üzərində qurulmuş dünya sona çatır

Bəzi qrafiklər baş verənləri onlarla proqnoz kitabından daha yaxşı izah edir. Məsələn, yuxarıdakı qrafik kimi. Bu, 1950-ci ildən bəri Avropada demoqrafik yükün strukturudur. 1950-ci ildə əmək qabiliyyətli yaşda olan hər 10

Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb

"Macarıstanda 800 azərbaycanlı tələbə təhsil alır". Bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda keçirilən "Avropada Təhsil" sərgisində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu, iki ölk

Yaxşı rəhbər susmamalıdır: rəy bildirməyin 4 qaydası

Davranış psixologiyası üzrə ekspert Denni Kenni narazılığı içinizdə yığıb saxlamaq əvəzinə onu düzgün şəkildə ifadə etməyi və bunun üçün dörd qaydaya əməl etməyi tövsiyə edir. Lois bunu hələ mart ayında başa düşmüşdü. Onu

Apple və Hindistan iPhone istehsalı üçün Çinə alternativ mərkəzi necə yaratdı

Hindistan hakimiyyəti ilə elektronika istehsalçıları arasında uzun illər davam edən əməkdaşlıq təchizat zəncirlərinin yenidən qurulmasına və Çindən asılılığın azalmasına imkan verib. Hər gün 150-dən çox ağ avtobus Çennayı

"TikTok"la "Instagram"a girişdə problem yarandı

"TikTok" və "Instagram"ın işində problem yaranıb. Hazırda Azərbaycanda istifadəçilər şəxsi hesablarına girə bilmirlər. Hələlik problemlə bağlı "Meta" şirkətindən açıqlama verilməyib


iqtisadi xeberler depozit faizleri rubl mezenne telefonla pul qazanmaq bitkoin