Sentyabrın 15-də avtobuslarda gediş haqqı artırılacaq? - AÇIQLAMA
"Hazırda şirkətimiz gündəlik 40000 manat ziyanla işləyir".
azxeber.com xəbər verir ki, bu sözləri xəzər xəbər-ə sərnişindaşıma ilə məşğul olan sahibkar deyib.
Sərnişindaşıyanlar narazılıq edirlər. Deyirlər ki, pandemiyadan sonra yaranan vəziyyət onları çıxılmaz vəziyyətdə qoyub. Maliyyə baxımından çətinlikləri var. Avtobusların ehtiyat hissələri isə 2-3 dəfə baha qiymətə satılır:
"Qarajda təmir səbəbindən saxlanılan çoxlu sayda avtobus var. Maddi durum onları təmir etməyə imkan vermir. Ehtiyac olduğuna görə 16-17 avtobus təmir edib xəttə buraxırıq. Günü-gündən vəziyyətimiz pisləşir. Bu cür davam edərsə şirkət iflasa uğrayacaq".
Daşıyıcı şirkətlərin rəhbərləri çıxış yolunu qiymət artımına getməkdə görürlər. Təbii ki, buna qərarı tarif (qiymət) şurası verir.
Yaxın günlərdə yeni tədris ilinin başlanacağını nəzərə alsaq, bu zaman ictimai nəqliyyata tələb birə-beş artacaq. Bəs indiki məqamda Bakı Nəqliyyat Agentliyi (BNA) nə düşünür?
Məsələ ilə bağlı BNA-nın mətbuat katibi Mais Ağayev bildirdi ki, baş verənlərdən məlumatlıdırlar. Vəziyyət bu cür davam edərsə sərnişindaşımada mənfi təsirlər gözləniləndir. Məsələni tənzimləmək üçün qurum tərəfindən yeni mexanizm hazırlanıb və yaxın vaxtlarda işə salınacaq. Bu model həm də şirkətlərin maliyyə dayanıqlığını təmin edəcək.

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
"Freelance" nədir?
Layihə menecmenti nədir?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Dünyanın ən bahalı restoranları
İlon Mask kimdir?