Şərqi Zəngəzur torpaqlarımızı tamamən işğaldan azad etmiş olduq' - Deputat
"Biz artıq Şərqi Zəngəzur ərazimizdə torpaqlarımızı tamamən işğaldan azad etmiş olduq. Bu hadisədən sonra üçtərəfli Bəyannəmənin növbəti 7-ci bəndinin icrası ilə bağlı addımlar atılacaq".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat qeyd edib ki, Laçın şəhərində Azərbaycanın dövlət bayrağının dalğalanması hər bir azərbaycanlı üçün böyük qürurdur: "Bu gün Laçın şəhərində Azərbaycanın dövlət bayrağının dalğalanması hər bir azərbaycanlı üçün böyük qürur və fəxarətdir. Bu, Azərbaycan dövlətinin gücünü, Azərbaycan hakimiyyətinin qətiyyətinin göstəricisidir. Bu hadisə eyni zamanda 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyannamənin 6-cı bəndinin yerinə yetirilməsidir. Biz artıq Şərqi Zəngəzur ərazimizdə torpaqlarımızı tamamən işğaldan azad etmiş olduq. Bu hadisədən sonra üçtərəfli Bəyannəmənin növbəti 7-ci bəndinin icrası ilə bağlı addımlar atılacaq.
Bu, məcburi köçkünlərin öz doğma evlərinə qayıtmasını nəzərdə tutur. Hansı ki, münaqişəyə qədərki vəziyyətlə Xankəndidə, Ağdərədə, Xocalıda, Xocavənddə yaşamış azərbaycanlıların öz evlərinə qayıtması məsələsidir. Nəhayət, 9-cu bəndin tələbləri – kommunikasiyaların bərpası və Qərbi Zəngəzur dəhlizinin açılması məsələsi olacaq".
H.Babaoğlu bildirib ki, əldə edilən uğurlar Azərbaycanı sevməyən bəzi ölkələri narahat edir:"Azərbaycan özünün bütün ərazilərində suveren hüquqlarını bərpa etməkdə, tarixi ədalətin bərpa olunmasında qərarlıdır.Bu istiqamətdə əldə etdiyimiz uğurlar, şübhəsiz ki, bəzi imperialist mərkəzləri və Azərbaycanı sevməyən bəzi ölkələri narahat edir. Onlar Azərbaycanın beynəlxalq hüququ, öz ərazi bütövlüyünü bərpa etməsindən dərin təəssüf hissi keçirirlər. Azərbaycanın güclənməsini özlərinə qarşı hesab edirlər. Ancaq bu, əsla belə deyil. Azərbaycan bütün qonşuları ilə beynəlxalq hüquq və mehriban qonşuluq əlaqələri içərisində yaşamağa hazırdır. Müharibədən sonra Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsü də, "3+3" formatında əməkdaşlıq təşəbbüsü də Azərbaycanın sülhpərvər niyyətindən xəbər verir".
"Azərbaycanın bu addımlarına qarşı kimsə güc nümayiş etdirmək istəyirsə, kimsə bunu qəbul etmək istəmirsə, kimsə regionda yenidən münaqişə ocağı yaratmaq istəyirsə, buna nail ola bilməyəcək. Çünki artıq nə 30 il əvvəlki regional şərtlər var, nə də 30 il əvvəlki beynəlxalq şərtlər var. Bu gün Azərbaycan dövləti güclüdür və bütün istiqamətlərdə öz milli məqsədlərinə doğru inamla addımlayır", - deyə deputat əlavə edib.
Aydın Nuri

AZCON Holdinq-də – YENİ TƏYİNAT
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Elon Musk kimdir?
Ən çox gəlir gətirən onlayn bizneslər
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
SMM nədir?
Dropshipping nədir?