Sərvəti 400 milyard dolları keçən ilk şəxs kimi tarixə düşdü
Keçən ay seçilmiş prezident Donald Trampın qələbəsindən sonra daha sürətlə varlanan İlon Mask (Elon Musk), sərvəti 400 milyard dollara çatan ilk şəxs olub.
İlon Mask dünyanın ən zəngin adamı rekordunu qırıb
FED.az xəbər verir ki, Bloomberg Milyarderlər İndeksinə görə, + özəl "SpaceX"in şirkətinin səhmlərinin insayder satışı (özəl mülkiyyətdə olan SpaceX-in daxildə səhm satışı) Maskın sərvətini təxminən 50 milyard dollar artırıb.
Tesla şirkətinin səhmləri indiyədək ən yüksək səviyyəsinə çataraq Maskın sərvətini 447 milyard dollara çatdırıb. Maskın bir gündə sərvəti 62,8 milyard dollar artıb. İndeksə əsasən, bu artım, dünyanın 500 ən varlı adamının ümumi sərvətini ilk dəfə olaraq 10 trilyon dolları ötməsinə kömək edib.
Dünya Bankının tərtib etdiyi məlumatlara görə, Maskın şirkətlər qrupunun xalis dəyəri keçən il Almaniya, Yaponiya və Avstraliyanın cəmi ümumi daxili məhsuluna yaxındır.
Mask 2024-cü ilin əvvəlindən bəri öz sərvətinə təxminən 218 milyard dollar əlavə edib. Maskın sərvətinin əsas hissəsini təşkil edən Tesla səhmləri bu il 71 faiz bahalaşaraq çərşənbə günü 424,77 dollardan bağlanıb (Mask).

KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Yük sığortası üzrə ödənişlər 53% artıb
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Azərbaycan banklarının aktivləri 62 milyard manatı keçib – 8 ayda 950 milyon manata yaxın xalis mənfəət
"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Biznes nədir?
ZARA-nın uğur hekayəsi
1000 manatla hansı biznesi qurmaq olar?
Layihə menecmenti nədir?
Dünyanın ən dəyərli avtomobil şirkətləri