Seyid Abbas Musəvi: "İran Zəngəzur dəhlizinin əleyhinə deyil"
İran uzun illər Azərbaycan və Naxçıvanı əsas birləşdirici yolla təmin edib və bu, bu gün də davam edir.
KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib. Səfir bildirib ki, Azərbaycanla nəqliyyat əlaqlərini daha da genişləndirirlər: "Buna misal olaraq, yeni çəkilən dəmir yollarını göstərə bilərik. İran Zəngəzur dəhlizinin əleyhinə deyil və qardaş Azərbaycanla əsas dəhliz mövcuddur. Bu əsas dəhliz Azərbaycanla Naxçıvanı artıq 30 ildir ki, bir-birinə bağlayır. Azərbaycan və Naxçıvan arasında bütün əlaqlər İran torpaqları vasitəsilə baş tuturdu. Biz indiyə qədər olan dəhlizi əsas hesab edirik. Təbii ki, alternativ dəhlizlər də olmalıdır. Yeni dəhlizin Azərbaycan və Ermənistanı birləşdirmək məsələsinə gəlincə, bu, hər iki ölkədən asılıdır və beynəlxalq məsələdir. Bizim ölkəmizin prinsipi odur ki, bir ölkə digər bir ölkənin, o cümlədən qonşularının milli maraqlarına təsir göstərə bilməz".
Regionda əməkdaşlıq məsələsinə gəlincə səfir qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə 3+3 platforması regionda olan əməkdaşlığa töhfə verəcək: "Bu platformanın ilk iclası keçən il Moskvada baş tutdu. Bu il isə Tehranda keçiriləcək. Bu format çərçivəsində biz regionda olan problemləri dialoq yolu ilə həll edə bilərik. Biz regionda normallaşma istiqamətində irəliləyiş görürük. Həmçinin, Qarabağın yenidən qurulması, mina təmizlənməsi istiqamətində irəliləyişlər var. Azad olunan digər ərazilərdə İranın təxminən 2 və ya 3 layihəsi var. Bu xəstəxana tikintiləri ilə bağlıdır. Həmçinin, İranın bir neçə böyük şirkəti Azərbaycanla müqavilə bağlayıb. Azərbaycan İrandan tikinti materialları alır".

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
AZCON Holdinq-də – YENİ TƏYİNAT
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İKEA şirkətinin tarixi
Cash Back nədir?
Elon Musk kimdir?
Yatırım olmadan necə biznes qurmaq olar?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?