Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə imzalandı
Noyabrın 11-də Səmərqənd şəhərində "Ümumi evimiz olan Dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə" imzalanıb.
KONKRET.az xəbər verir ki, Türkiyə Respublikasının təşəbbüsü ilə hazırlanan Bəyannaməni Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Macarıstanın Baş nazirinin xanımı Aniko Levai imzalayıblar.
Bəyannamədə Paris Sazişindəki və 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyindəki hədəflərə nail olunması istiqamətində tükənən ehtiyatların səmərəli istifadəsinin təşviqi və təkrar istifadəsi, eləcə də tullantıların yaranmasının təkrar emal vasitəsilə azaldılması zərurəti qeyd edilir. Həmçinin tullantıların dayanıqlı idarə olunması ilə resursların səmərəliliyi və iqlim dəyişikliyi arasında güclü əlaqənin olduğu qəbul edilir. Bəyannamədə tullantıların dayanıqlı idarə olunması strategiyasının həyata keçirilməsinə sadiqlik ifadə olunur. Sənədə görə, dünyada sıfır tullantı yanaşmasının təbliğ olunacağı və qabaqcıl təcrübələrin paylaşılacağı vəd edilir. Bəyannamədə BMT-yə üzv dövlətlərə, vətəndaş cəmiyyətlərinə, özəl sektora və mediaya strategiya və yanaşmaları dairəvi iqtisadiyyata keçidin sürətləndirilməsinə, tullantıların iqlim dəyişikliyinə təsirinin azaldılmasına uyğunlaşdırmağa dair çağırış edilir.
Qeyd edək ki, Bəyannaməni BMT-nin Baş katibi Antonio Quterreş də imzalayıb.

Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
SMM nədir?
SMM nə deməkdir?
İnstaqramda biznes qurmağın yolları
Kriptovalyuta nədir və necə alınır?
Startup nədir və necə olur?