SOCAR-ın törəmə şirkətinin rəhbəri dəyişdirildi
Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkətinin rəhbəri dəyişdirilib.
Banker.az-a daxil olan məlumata görə, Emil Alxaslı Aydın oğlu "SOCAR Polymer İnvestments" MMC-nin direktoru təyin edilib.
Buna qədər sözügedən vəzifədə Fərid Cəfərov İskəndər oğlu idi.
Emil Alxaslı bundan öncə "SOCAR Downstream" MMC-yə rəhbərlik edirdi. Bundan öncə SOCAR-ın törəmə təşkilatlarında, o cümlədən "SOCAR Türkiye"də və TOTAL kimi dünyaca məşhur enerji şirkətində çalışıb.
O, ali təhsilə Bakı Dövlət Universitetindən başlayaraq, 2002-2006-cı illərdə Tətbiqi riyaziyyat və iqtisadi kibernetika üzrə bakalavr, 2007-2008-ci illərdə Rusiya Dövlət Neft və Qaz Universitetində Neft iqtisadiyyatı və idarəetmə üzrə magistr, Corc Vaşinqton Universitetinin Biznes Məktəbinin Layihələrin idarəedilməsi üzrə magistr dərəcəsinə sahib olub.
Xatırladaq ki, "SOCAR Polymer İnvestments" MMC-nin 2015-ci ildə yaradılıb, 375 milyon ABŞ dolları nizamnamə kapitalı var.
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq