SOCAR "Neft Qaz Metan Tərəfdaşlığı"na qoşulub
SOCAR qlobal miqyasda metan emissiyalarının azaldılması sahəsində ciddi niyyətini və bu istiqamətdə elan etdiyi dekarbonizasiya hədəflərinə sadiqliyini nümayiş etdirərək, "Neft Qaz Metan Tərəfdaşlığı"na ("OGMP 2.0") qoşulub.
SOCAR-dan verilən məlumata görə, bu tərəfdaşlığa qoşulmaqla SOCAR qlobal enerji sektorunda ətraf mühitin qorunması istiqamətində ən yaxşı təcrübələrin qazanılması, tətbiq olunması, habelə metan emissiyalarına dair daha ətraflı və beynəlxalq standartların tələblərinə uyğun hesabatvermə imkanı əldə edib.
"Neft Qaz Metan Tərəfdaşlığı"na qoşulma SOCAR-ın qlobal iqlim dəyişikliklərinə qarşı mübarizəyə verdiyi töhfənin bir hissəsi olmaqla, şirkətin uzunmüddətli dayanıqlı inkişaf strategiyasının məqsədlərinə xidmət edir.
"OGMP 2.0" 2014-cü ildə BMT-nin Ətraf Mühit Proqramı ("United Nations Environment Programme" – UNEP) tərəfindən təsis edilib. Proqram neft-qaz sənayesində metan emissiyalarına dair əhatəli ölçmə, emissiyaların azaldılması və hesabatlılığı özündə əks etdirən beynəlxalq platformadır.
"OGMP 2.0"-ın məqsədi metan emissiyaları haqqında dolğun məlumatların əldə edilməsi, emissiyaların azaldılması fəaliyyətinin təşviq olunması və ən yaxşı təcrübələrin tətbiqi ilə şəffaf hesabatlılığın aparılmasıdır. / banker.az
Azərbaycanda "İşçilərin Ezamiyyə Qaydaları" dəyişib
Maliyyə Nazirliyinin Kollegiyası 18 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "İşçilərin Ezamiyyə Qaydaları"nda dəyişiklik edib. Bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb. Qərara əsasən, bunda
Startaplar üçün yeni vergi güzəştləri olacaq
2027-ci il yanvarın 1-dən 10 il müddətinə iştirak payı və ya səhm mikro və kiçik sahibkarlıq subyekti olan "Startap" şəhadətnaməsi və ya texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və digər fəaliyyətl
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Minimum əməkhaqqı ilə bağlı - YENİLİK GÖZLƏNİLİR
Ötən il Əmək Məcəlləsinə minimum əməkhaqqı məbləğinə hər il azı bir dəfə yenidən baxılmasına dair yeni müddəa əlavə olunub. Bu isə minimum əməkhaqqının 2027-ci il üçün artacağı ehtimalını yaradır. xəbər verir ki, Milli Məclisi
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
Toyuq əti də bahalaşdı - Video
Ətin ən əlçatan növlərindən hesab olunan toyuq filesi bahalaşıb. xəbər verir ki, "Xəzər" TV-yə istinadla xəbər verir ki, son günlər bəzi marketlərdə file ya ümumiyyətlə tapılmır, ya da əvvəlki qiymətindən baha satılır